Accessibility links

ABŞ-da iyul ayında 1,8 milyon yeni iş yeri yaradılıb


ABŞ-da iyul ayında 1,8 milyon yeni iş yerinin açıldığı xəbər verilir. Bu, may və iyun aylarında yaradılan iş yerləri ilə müqayisədə daha azadır və koronavirusun işə götürmələri və iqtisadiyyatın bərpasını yavaşlatdığına işarə edir.

Ölkənin bir çox hissələrində artan yeni yoluxma halları hələ də bizneslərə yeni iş yerləri açmağa imkan vermir.

Əmək Departamentinin cümə günü açıqladığı hesabatına görə, son üç ayın da işə götürülməsini nəzərə alsaq, iqtisadiyyat indi pandemiya səbəb ilə tənəzzül nəticəsində itirdiyi 22 milyon işin yerinin yalnız 42 faizini bərpa edə bilib.

Baxmayaraq ki, ABŞ-da işsizlik səviyyəsi iyul ayında 11,1-dən 10,2 faizə qədər enib, bu göstərici 2008-2009-cu illərdə baş verən dünya maliyyə böhranı zamanı qeydə alınan ən yüksək işsizlik səviyyəsindən daha yüksəkdir.

İyun ayının sonunda yoluxma hallarının artması nəticəsində iyulun ortasında gündəlik qeydə alınan yoluxma halları iki kat artdı. Amma ondan sonra yoluxmalarda yenidən azalma müşahidə olunmağa başlayıb. Yoluxmaların yenidən artması nəticəsində bir çox ştat və şəhərlər barları, ictmiai iaşə müəssələrini ikinci dəfə bağlanmağa məcbur olub, bir çox istehlakçı izdiham alış-verişi, səyahəti, restoranlarda yemək yeməyi məhdudlaşmağa davam edib.

İyun ayında iqtisadiyyata 4.8 milyon, may ayında isə 2.7 milyon iş yeri əlavə olunmuşdu.

ABŞ iqtisadiyyatı iqtisadi tənəzzül nəticəsində aprel-iyun aylarında təxminən 33 faiz geriləmədən sonra hələ də bərpa olmağa çalışır. Həmin dövrdə işəgötürənlər işçi qüvvəsini, istehlakçılar xərclərini, korporasiyalar isə investisiya və inkişaf planlarını azaltmışdı.

Hazırda bir çox iqtisadçı iqtisadiyyatın yenidən canlanmağa başlaması ilə ikinci rübdə baş verən sürətli geriləməni kompensasiya etməyə yetərli olmasa da, iyul-sentyabr aylarını əhatə edən rübdə nisbətən möhkəm bir artımın olacağını proqnozlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG