Accessibility links

"Ölkəyə gələn hər 100 dolların 81 dolları xam neft satışından əldə edilir"


Azərbaycan Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov bu il, 2019-cu ildə devalvasiya olmayacağını bildirib. Baş bankir bu barədə fevralın 1-də keçirdiyi mətbuat konfransında açıqlama verib.

Elman Rüstəmov
Elman Rüstəmov

Elman Rüstəmov deyib ki, Azərbayanda devalvasiya haqqında danışılanlar qeyri-ciddidir: “ Bütün proqnozlar makroiqtisadi sabitlik üzərində qurulub. Ötən il Azərbaycanın tədiyyə balansı profisitli olub. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb. Cari ildə maroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var. 2019-ci il maroiqsadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. Bu il Azərbaycan valyuta bazarına 6,8 mlrd. dollarlıq transfert daxil olacaq. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası üzərində qurulub".

Elman Rüstəmovun “Neftin qiymətinin manata təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb” açıqlaması xüsusilə maraq doğurub.

AzadliqRadiosu deyilənlərlər əlaqədar iqtisadçılara sorğu göndərib.

Azər Mehdiyev
Azər Mehdiyev

İqtisadçı Azər Mehdiyev isə hesab edir ki, Azərbaycan manatının taleyi, hələ ki, neftin qiymətindən asılıdır. Azər Mehdyev son iki ildə Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatlarını artırdığını xatırladaraq əlavə edib ki, bunların sayəsində manatın kursunu qoruyub saxlamaq mümkün oldu:

“Əgər bu il də neftin dünya bazarında qiyməti 40 dollardan aşağı düşməzsə və 50 dollar civarında olarsa, manata ciddi problem yaranmaya bilər. Bu halda devalvasiyaya getmək üçün heç bir əsas yaranmaz”.

Azər Mehdiyevin dediyinə görə, hətta neftin qiyməti 40 dollardan aşağı düşərsə və bu, qısa müddətdə olarsa, ciddi problem yaranmaya bilər:

“Çünki hökumətin ehtiyatları manatı ən azı il ərazində sabit saxlamağa imkan verir. Amma neftin qiymətinin enməsi uzun müddətli proses olarsa, növbəti illərdə manatın taleyinin necə olacağı müzakirə tələb edir”.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı Vüqar Bayramov da bildirib ki, istənilən neft ölkəsində, o cümlədən Azərbaycanda milli valyutanın məzənnəsinə birbaşa təsir göstərən faktor məhz “ qara qızılın” dünya bazarındakı qiymətidir:

“Təbii ki, istisna Norveçdir, bu ölkədə neftin milli valyutaya təsir imkanları xeyli məhduddur. Bəzi ölkələrdə, Birləşmiş Ərəb Əmirliklərində də bu təsiri minimumlaşdırmaq mümkün olub. Ancaq Azərbaycan ixracaatında son illər neftin payı azalsa da, yenə də xam neft ixracaatın əhəmiyyətli hissəsini təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xam neft ümumi ixracaatımızın 81 faizini təşkil edir. Bu mənada neftin milli valyutaya təsirini məhdudlaşdırmaqdan danışmaq tezdir. Bunun üçün neftin ixracaatında, eləcə də büdcə gəlirlərində payın kəskin azalmasına ehtiyac var”.​

Vüqar Bayramov əlavə edib ki, milli valyutaya iki amil təsir edir:

“Onlardan biri neftin dünya bazar qiymətidir. Əslində, Mərkəzi Bank əvvəlki açıqlamalarında da qeyd etmişdi ki, 50 dollar onlar üçün “qırmızı xətt”dir, neftin qiyməti bundan az olduqda bankın intervensiya imkanları xeyli məhdudlaşır. Təbii ki, qiymət 60 dollardan yüksək olduqda, bu, Mərkəzi Bnaka məznnəyə təsir imkanları verir. Ona görə neftin hazırkı qiyməti banka imkan verir ki, mövcud məzənnəni saxlasın. Amma neftin qiymətinin aşağı düşmə riski manata təsir riskini artırır. Mərkəzi Bankın pul-kredit siyasıtində də qeyd olunmuşdu ki, manata təzyiq yaradan faktorlar sırasında idxalın artması, ölkəyə daxil olan valyutanın həcminin azalmasıdır. Valyutanın azalması isə burbaşa neftin dünya bazarındakı qiyməti ilə bağlıdır. Çünki ölkəyə gələn hər 100 dolların 81 dolları xam neft satışından əldə edilir. O baxımdan neft milli valyutaya təsirini qoruyub saxlayır, yaxın illərdə də belə davam edəcək.”

​V. Bayramovun sözlərinə görə, manata başqa təsiredici məqam qonşu ölkələrdə, Türkiyə və Rusiyada milli valyutaların kursudur:

“ Şimal ölkə Azərbaycanın qeyri-neft ixracaatının 35 faizini təşkil edir, 26 faiz isə Türkiyənin payına düşür. Əgər 1 dollar 70 rubldan çox möhkəmlənərsə, manata təzyiqi artıracaq. Həm də nəzərə alın ki, Azərbaycan aqrar məhsulunun 90 faizini Rusiyaya göndərir, buda nəticə etibarı ilə manata təsir edən faktorlardan biridir. Beləliklə, indi, yaxın gələcəkdə iki faktor-neftin qiyməti və qonşuların yerli valyutasının vəziyyəti manata təsir edəcək. Amma sözsüz, Mərkəzi Bankın mövqeyi həlledici olacaq. Kursun 1.70 qalması ondan xəbər verir ki, Mərkəzi Bank proseslərə təsir göstərir”.

2015-ci ildə (fevralda və dekabrda) baş verən devalvasiyalar nəticəsində Azərbaycan manati dollar qarşısında iki dəfə dəyər itirdi.

Ölkədə 10-dan çox bank bağlandı. Orada yalnız qorunan əmanətlər vətəndaşlara qaytarıldı. Amma iki ilə yaxındır manatın kursu dəyişməz qalmaqdadır. Bir dollar 1 manat 70 qəpiyə bərabərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG