Accessibility links

İqtisadçılar deyir ki, siyasi-qeyri müəyyənlik və ticarət gərginlikləri iqtisadi artıma təsir edir


İqtisadçılar deyir ki, siyasi-qeyri müəyyənlik və ticarət gərinlikləri iqtisadi artıma təsir edir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

İqtisadçılar xəbərdarlıq edir ki, siyasi qeyri-müəyyənliklər və ticarət gərginlikləri qlobal iqtisadi artıma xələl gətirə bilər. İnsan haqları qrupları isə artan iqtisadi bərabərziliyin təhlükələrindən ehtiyat edir. Təxminən 3 min siyasi və iqtisadi lider qlobal bzines və iqtisadiyyat trendlərini müzakirə etmək üçün İsveçrənin kurort şəhəri Davosda keçirilən illik iqtisadi forumda bir araya gəlib.

Dünyanın ən zəngin insanları, ən nüfuzlu insanlar, siyasi liderlər: ifrat bərabərsizliyi azaltmaq üçün addım atın, çünki bu vəziyyət nəzarətdən çıxır.
Vinni Byanyima

Hər il keçirilən Dünya İqtisadi Forumu İsveçrənin Alp dağlarında yerləşən elit xizək kurortunda baş tutur. Yoxsulluğa qarşı mübarizə aparan Oxfam qrupunun orada toplaşan nüfuzlu liderlərə mesajı var.

“Dünyanın ən zəngin insanları, ən nüfuzlu insanlar, siyasi liderlər: ifrat bərabərsizliyi azaltmaq üçün addım atın, çünki bu vəziyyət nəzarətdən çıxır. Davosdakı insanlar, böyük şirkətlərin liderləri və siyasi liderlər problemin bir hissəsidir, onlar problemin özüdür. Biz də onların ifrat bərabərsizliyə çarə olmalarını istəyirik, çünki qeyri-bərabərlik nəzarətdən çıxır, artır, demokratiyaya xələl gətirir, insanları yoxsulluğa qərq edir” - Deyə Oxfam-dan Vinni Byanyima bildirib.

Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab qlobal iqtisadiyyatın bəzi insanları geridə qoyduğunu qəbul edib.

“Sosial media dövründə biz insanların geridə buraxılmalarına göz yuma bilmərik. Ona görə də, daha inklüziv qloballaşma yaratmalıyıq” – deyə o bildirib.

Beynəlxalq Valyuta Fondunun başçısı bazar ertəsi deyib ki, qlobal iqtisadiyyat artır, amma gözlənildiyindən daha yavaş.

“Biz üzləşdiyimiz ortaq problemləri həll etmək üçün səylərimizi artırmalıyıq. Buna qlobal ticarət sistemini həlll etməkdən tutmuş – bəli, Böyük İyirmilik buna çağırıb- korrupsiyaya və vergidən yayınmaya qarşı mübarizə daxil olmaqla, iqlim dəyişikliyinin təhlükələrini aradan qaldırmaq daxildir” – Kristin Laqard söyləyib.

Dünyada hər şeyin yaxşı olduğunu düşünən elitalarla narahat olan kütlə arasında bölgü heç vaxt bu qədər dərin olmayıb.
Riçard Edelman

BVF direktoru deyib ki, tənəzzül təhlükəsi yoxdur, amma iqtisadi trendlər yaxından izlənməli, zəifliklər cəld şəkildə aradan qaldırılmalıdır.

Ümumilikdə liderlər nikbinlik sərgiləsə də, forumdan öncə yüzlərlə biznes icraçısı arasında aparılan rəy sorğusunun nəticələri bunun tam əksini nümayiş etdirir.

“Dünyada hər şeyin yaxşı olduğunu düşünən elitalarla narahat olan kütlə arasında bölgü heç vaxt bu qədər dərin olmayıb”– Edelman ictimai əlaqələr şirkətindən Riçard Edelman bildirir.

Sorğu nəticələri həmçinin göstəriri ki, biznes dairələrində pessimizmə qlobal qeyri-müəyyənliklər səbəb olub.

“Bir gün düşünürük ki, Brexit baş verəcək, növbəti gün isə o təxirə salınır. Yəni vəziyyətin nə olacağını bilmək olmur. Bir gün Çinlə ticarət əngəlləri var deyirlər, növbəti gün isə dedilər ki, çox gözəl görüşümüz oldu”, PwC konsaltinq şirkətindən Bob Mortiz söyləyir.

Sorğu həm də dünya boyu siyasi liderlərə etimadın azaldığını göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG