Accessibility links

İqtisadi müşaviri Baydenin koronavirusa qarşı yardım paketi ilə bağlı güzəştə gedə biləcəyini bildirir


Milli İqtisadi Şuranın direktoru Brayan Diz Ağ Evdə mətbuat üçün brifinqdə açıqlama verir, 22 yanvar, 2021.
Milli İqtisadi Şuranın direktoru Brayan Diz Ağ Evdə mətbuat üçün brifinqdə açıqlama verir, 22 yanvar, 2021.

ABŞ Prezidenti Co Bayden maliyyənin ən çox ehtiyacı olan amerikalılara çatdırılması üçün təklif etdiyi 1,9 trilyon dollarlıq koronavirusa yardım paketində müəyyən məhdudiyyətlər daxilində dəyişikliklərin edilməsini nəzərdən keçirməyə hazırdır. Bu açıqlamanı Baydenin baş iqtisadi müşaviri bazar günü bildirib.

Milli İqtisadi Şuranın direktoru Brayan Diz CNN tele kanalına yardım paketinin “qarşılaşdığımız iqtisadi böhrana müvafiq olduğunu”, lakin demokrat prezidentin 10 Respublikaçı senatorun daha məhdud yardımla bağlı yeni təklifini nəzərdən keçirəcəyini deyib.

Brayan Diz Baydenin tənəzzüldə olan iqtisadiyyat, ölkə boyu koronavirusa qarşı vaksinasiya kampaniyasının ləng getməsi və ABŞ-da ölüm hallarının davamlı şəkildə artması da daxil olmaqla, “böhranla mübarizə aparmaq məqsədilə fəaliyyət göstərilməsi üçün lazım olan sürət məsələsində kompromissiz” olduğunu deyib.

O bildirib ki, diqqət “iqtisadiyyatı yenidən yoluna qoymaq üçün nəyə ehtiyac olduğu” məsələsinə yönəldilməlidir.

Bayden müxalif Respublikaçılar ilə güzəştə getməyə açıq olduğunu bildirib. Lakin o eyni zamanda Demokratların uzun danışıqlar aparmaq əvəzinə Konqresdə partiya xətti ilə səsvermə vasitəsilə yardım paketinin qəbul edilməsinə çalışacaqlarını deyib.

Bayden dövlət tərəfindən yardımla yanaşı, hökumətin işsizliyə görə yardımının həftədə 300 dollardan 400 dollaradək artırılmasını və əlavə təqaüdlərin mart ayından sentyabr aylarına qədər uzadılmasını istəyir.

Respublikaçıların planında 300 dollarlıq yardımın qeyri-müəyyən müddətdə saxlanması nəzərdə tutulur.

Bayden keçmiş prezident Donald Trampın dekabrın sonunda imzaladığı 900 milyard dollarlıq yardım paketində təsdiqlənmiş 600 dollarlıq çekdən əlavə milyonlarla amerikalıya 1400 dollar məbləğində çek göndərmək istəyir.

Qanunvericilər Baydenin vaksinin paylanması və daha çox test edilməsi üçün 160 milyard dollar ayırılması çağırışını dəstəklədiklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG