Accessibility links

İqtisadi panel ABŞ-ın rəsmi olaraq tənəzzülə uğradığını bildirir


İqtisadi araşdırma qrupu. Bazar ertəsi ABŞ iqtisadiyyatının tənəzzülə uğradığını və beləliklə tarixdə ən böyük iqtisadi artıma son qoyduğunu bildirib.

Milli İqtisadi Araşdırma Bürosu tənəzzülün fevral ayında başladığını bildirib.

Büro tənəzzül olaraq “iqtisadi fəaliyyətin bir neçə aydan çox azalması” kimi müəyyən edir.

"Komitə tənəzzülün olub-olmadığını müəyyən etmək üçün iqtisadi daralmanın dərinliyini, müddətini və iqtisadi fəallığın iqtisadiyyatın bir neçə sahəsində azalıb-azalmadığına baxır," Milli İqtisadi Araşdırma Bürosu açıqlamasına bildirib

Təşkilat bildirib ki, ABŞ ümumi daxili məhsul ilin ilk üm ayında illik 4.8 faiz azalıb, işsizlik səviyyəsi isə fevralda 3.5 faizdən apreldə 14.7 faizədək artıb, keçən ay 13.3 faizə düşüb.

Bəsi iqtisadçılar hazırkı tənəzzülün qısa müddət davam edəcəyini və iqtisadi istehsal və iş yerləri bərpa olunduğu zaman bitəcəyini təxmin edir.

Lakin koronavirusun ikinci dalğa ehtimalı onların nikbinliklərinin qarşısını ala bilər. Onlar deyir ki, belə bir halda ABŞ iqtisadiyyatının COVID-19-an öncəki vəziyyətə dönməsi iki ildən çox vaxt apara bilər.

Bazar ertəsi Dünya Bankasının açıqlamaları da xoşagəlməz olub. Belə ki, təşkilar dünya iqtisadiyyatının bu il 5.2 faiz azalacağını proqnozlaşdırıb. Bu isə İkinci Dünya Müharibəsi bitəndən bəri ən dərin tənəzzül ola bilər.

Dünya Bankı pandemiya və iqtisadi böhran səbəbilə dünya boyu milyonlarla insanın ifrat dərəcədə yoxsul olmasına gətirib çıxara bilər.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG