Accessibility links

İradə Cavadova: Avropa Şurasının komissarı ilə görüşdə vəkilliklə bağlı problemlər müzakirə edildi


İradə Cavadova
İradə Cavadova

Avropa Şurasının İnsan Haqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycana səfəri çərçivəsində iyulun 9-da bir qrup hüquq müdafiəçisi, vəkil və vəkillikdən kənarlaşdırılan hüquqşünaslarla görüşüb. Görüşdə ölkədə insan hüquqlarının durumu, vəkillik fəaliyyəti, media azadlığı məsələləri diqqət mərkəzində olub.

Vəkil İradə Cavadova Amerikanın Səsinə müsahibəsində bildirib ki, görüşdə əsasən vəkillər və Vəkillər Kollegiyası ilə bağlı problemlərdən danışılıb.

İradə Cavadova: AŞPA komissarı ilə görüşdə vəkilliklə bağlı problemlər müzakirə edildi
please wait

No media source currently available

0:00 0:04:34 0:00

“Görüşdə çox ciddi məsələlərə toxunuldu. Vəkillərin Vəkillər Kollegiyasından kənarlaşdırılmasının səbəblərindən danışdıq. Bəzi vəkillər bank hesablarının bağlanması ilə bağlı iradlarını bildirdi. Bəzi vəkillərə lüzumsuz yerə tənbeh, töhmət verilməsi, səbəbsiz yerə fəaliyyətinin dayandırılması, hüquq mühafizə orqanlarının müraciəti əsasında vəkillərə qarşı başlanan inzibati icraat məsələləri müzakirə olundu,” o qeyd edib.

Dunya Miyatoviç
Dunya Miyatoviç

Cavadova bildirib ki, Avropa Şurasının nümayəndəsi səslənən propblemləri ümumiləşdirib hökumət qurumları qarşısında qaldıracaq. Həm də bir neçə ay ərzində bu problemləri əhatə edəcək hesabat hazırlanacaq.

“Hesab edirəm ki, problemlərin diqqətə gətirilməsi, ölkə başçısının qarşısında qaldırılması müsbət hadisədir. Amma nəticələrinin olacağı barədə bir söz deyə bilmərəm. Çox zaman problemlər həll edilmir, nəticəsiz qalır.”

Cavadova hesab edir ki, vəkillərin müstəqilliyinin əlindən alınmaması və onların media ilə işləməsi çox vacibdir.

“İnsanların hüquqlarını müdafiə edən vəkillərin əl-qolunu bağlamaq olmaz. Vəkillər ən azı işgəncələrlə, insan hüquqlarının pozulması ilə bağlı dövlət orqanları qarşısında qaldırdığı məsələlərə reaksiya verilmədikdə mediada çıxış etməlidir. İndi Vəkillər Kollegiyası vəkillərin media ilə işləməsinə faktiki qadağa qoyub. Bunun qarşısı alınmalıdır,” o qeyd edib.

Bununla yanaşı, Vəkillər Kollegiyasi bir qayda olaraq bu qurumda ciddi islahatlar aparıldığını, vəkillərin hüquqlarının qorunduğunu bildirir.

Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.

XS
SM
MD
LG