Accessibility links

İranın aviasiya idarəsi: Ordu Ukrayna təyyarəsinə iki raket atıb


Ynavarın 8-də çəkilən videodan bir parça. Səmadakı bu cismin Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi olduğu deyilir.
Ynavarın 8-də çəkilən videodan bir parça. Səmadakı bu cismin Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi olduğu deyilir.

İranın mülki aviasiya idarəsi çərşənbə axşamı bildirib ki, ordu bu ayın əvvəli Tehrandan havaya qalxandan qısa müddət sonra düşən Ukraynanın sərnişin təyyarəsinə iki raket atıb. Nəticədə 176 nəfər həyatını itirib.

Mülki Aviasiya Təşkilatının bildirdiyinə görə, raketlər Rusiya istehsalı TOR-M1 model yer-hava raketləri olub.

Təşkilat qəzanın baş verdiyi ərazidə tapılan qara qutulardakı məlumatları əldə etmək üçün ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Şurası və Fransanın BEA idarəsindən yardım istəyib.

İran bildirir ki, Birləşmiş Ştatlar və Fransa hələ ki, onları lazım olan avadanlıqlarla təmin etmək istəyinə müsbət cavab verməyib.

İran ilk öncə təyyarənin qəzaya uğramasına müxaniki problemlərin səbəb olduğunu söyləmişdi, lakin bir neçə gün sonra təyyarəni İranın hərbi personalının vurduğunu etiraf etdi. Bunun nəticəsində İranda bir neçə gün boyunca etirazlar baş verdi, insanlar ölkənin liderlərinə qarşı qəzəblərini dilə gətirdi.

Təyyarə İran İraqda ABŞ qüvvələrinə raket atandan bir neçə saat sonra vurulub. İran raket hücumlarını Birləşmiş Ştatların yanvarın 3-də Bağdadda İranın yüksək rütbəli generalı Qasım Süleymanini öldürməsinə cavab olaraq həyata keçirib.

XS
SM
MD
LG