Accessibility links

İranın Baş Qərargah rəisi Bakıya gəlir


Məhəmməd Baqiri
Məhəmməd Baqiri

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri yüksək hərbi heyətin müşayiəti ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə 16 yanvarda Bakıya səfər edəcək.

Bu barədə Trend agentliyinə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

General Baqiri Azərbaycan prezidenti, baş naziri və parlamentinin sədri ilə görüşərək danışıqlar aparacaq.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 2 günlük Bakı səfərində müştərək sərhəd əməkdaşlığı, terrorizmlə mübarizə, regional olaylar haqda danışıqlar aparılacaq.

Həmçinin səfərin sonunda iki ölkə arasında hərbi və müdafiə əməkdaşlıqları üzrə anlaşma imzalanacaq.

Bu, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana ilk səfəridir.

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan-İran sərhədində
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan-İran sərhədində

ABŞ İrana qarşı sanksiyalarını sərtləşdirdikdən sonra İran və Azərbaycan rəsmiləri arasında təhlükəsizlik təminatı ilə bağlı ardıcıl olaraq görüşlər keçirilir.

Belə ki, 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub.

Cənab Ələvi bildirib ki, İran və Azərbaycan kəşfiyyat və təhlükəsizlik agentlikləri arasında yaxşı əməkdaşlıqlar mövcuddur. Onun sözlərinə görə, son 5 ildə İran və Azərbaycanın təhlükəsizlik agentlikləri müsbət, konstruktiv və irəliyə doğru əməkdaşlıqlara malik olub və bu da hər iki ölkə üçün davamlı təhlükəsizliyə təminat verir.

Yanvarın 9-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi arasında sərhəd təhlükəsizliyinin təminatı məsələləri, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya ilə mübarizə sahəsində sərhəd-mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG