Accessibility links

İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib


İranın bir neçə şəhərində, o cümlədən Tehran, İsfahan, Həmədan, Rəşt və Sari şəhərlərində etiraz aksiyaları keçirilb.

İranda Ukrayna təyyarəsinin vurulmasına etiraz
please wait

No media source currently available

0:00 0:00:23 0:00

Nümayişçilər İnqilab Keşikçiləri Korpusuna aid hava müdafiə sisteminə məxsus raketin Ukrayna təyyarəsinin vurmasına etiraz ediblər. Etirazlar ilk olaraq Tehranın Əmirkəbir və Şərif universitetlərində tələbələrin etirazı ilə başlasa da, axşam saatlarında İranın başqa şəhərlərində də nümayişlər keçirilb. Ukrayna hava yollarına məxsus təyyarənin vurulması nəticəsində həyatını itirənlər arasında Şərif Universitetinin azı altı tələbəsi olub.

İranda etiraz zamanı Qasım Süleymaninin posteri yırtılıb
İranda etiraz zamanı Qasım Süleymaninin posteri yırtılıb


Sosial mediada yayımlanan videolarda təhlükəsizlik qüvvələrinin Əmirkəbir universitetinin önündə tələbələri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi müşahidə olunur. Həmin görüntülərdə həmçinin etirazçıların ötən həftə ABŞ-ın hava hücumu nəticəsində öldürülən İranın Qüds qüvvələrinin komandiri general Qasım Süleymaninin böyük plakatını yırtdıqları göstərilir.

İRNA xəbər agentliyi bildirib ki, "Tehranda yüzlərlə insan həmvətənlərinin ölümü ilə nəticələnən Ukrayna təyyarəsinin qəzaya uğramasının gec elan olunmasına etiraz olaraq paytaxtın əsas universitetləri qarşısında, Hafez, İnqilab və Azadi küçələrində aksiya keçirdi".

Yayımlanan videolarda etirazçılar hökumətin əleyhinə şüarlar səslədirərək ölkənin silahlı qüvvələrinin ali baş komandanı Əli Xameneinin istefaya getməsini tələb ediblər. Etirazçılar həmçinin "Süleymani qatildir, rəhbəri də xaindir" şüarını səsləndiriblər. Etirazçı tələbələr onlara qarşı hücum edən təhlükəsizlik qüvvələrini "şərəfsiz" çağıraraq qarşılıq veriblər. Tehran universitetlərin tələbələri tərəfindən "Vilayəti fəqih əslinə ölüm olsun", "Xameneyi qatildir, vilayəti batildir" kimi radikal şüarlar səsləndirilib.

İranda Ukrayana təyyarəsinin vurulmasına etiraz
please wait

No media source currently available

0:00 0:00:35 0:00

İran Parlamentinin Nümayəndələr Palatası bazar ertəsi günü İnqilab Keşikçilərinin baş komandirinin iştirakı ilə gizli iclasının keçiriləcəyini açıqlayıb. Həmin iclasda ölkədə baş verən son hadisələr müzakirə olunacaq.

XS
SM
MD
LG