Accessibility links

İranın İnqilab Keşikçiləri ABŞ döyüş gəmisi üzərindən dron uçuşu həyata keçirib


Duayt Eyzenhauer aviadaşıyıcısı

İranın Tasnim xəbər agentliyi bildirir ki, ölkənin güclü İnqilab Keşikçiləri qüvvələri ABŞ aviadaşıyıcısı üzərindən uğurla nəzarət uçuşu həyata keçirib.

Şənbə günü verilən xəbərdə Keşikçilərin İran körfəzində Duayt Eyzenhauer aviadaşıyıcısı və digər ABŞ döyüş gəmisi üzərindən uçurduqları dronla çəkilən kadrları nümayiş etdirilib. Görüntülərdə aviadaşıyıcının üzərindəki qırıcı təyyarələrin park edildiyi görünür.

Xəbərdə görüntülərin nə zaman çəkildiyi qeyd edilmir.

Hadisələrin bu inkişafı ABŞ hökumətinin İrana təzyiq göstərmək və ölkəni daha çox təcrid etmək məksədilə ayın əvvəli İnqilab Keşikçilərini terror qrupları siyahısına salmasından sonraya təsadüf edir. İran öz növbəsində ABŞ qüvvələri terrorçu adlandırmaqla cavab verib.

ABŞ Hərbi Donanmasının sözçüsü Kloi Morqan bildirib ki, ABŞ və onun müttəfiqləri Hörmüz boğazında naviqasiya azadlığına riayət edir. Sözçü daha geniş izah verməyib.

XS
SM
MD
LG