Accessibility links

İranın İnqilab keşikçiləri dizel qaçaqmalçılığı edən neft tankerini ələ keçirib


Ərəb mediası bildirir ki, İranın silahlı qayıqları şənbə günü İran körfəzində neft tankerini dayandırıb və 11 ekipaj üzvünü saxlayıb.

İranın dövlətə məxsus Fars Xəbər Agentliyi bildirib ki, nə gəminin məxsus olduğu ölkə, nə də ekipaj üzvlərinin milliyətləri hələ ki, bəlli deyil, lakin tanker İran sularında İranın İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələri tərəfindən ələ keçirildiyi zaman dizel qaçaqçılığı edirdi.

ABŞ rəsmilərinin 2019-cu ilin aprelində terror təşkilatı elan olunan İranın İnqilab Keşikçiləri Korpusu İranın silahlı qüvvələrinin birbaşa ali ruhani lideri Əli Xameninin cavabdeh olduğu xüsusi qoludur.

Fars xəbər agentliyi İranın silahlı qayığının gəminin yolunu kəsən əsgərləri daşıdığını göstərib. Videoda gəminin adı “Mariners” olaraq görünür, lakin gəminin hansı ölkədə qeydiyyatdan keçdiyi məlum deyil. Videoda həmçinin gəmidə üzərində ərəb və fars dilində yazı yazılan salfet qutusu göstərilib.

Şəxsən gəmiyən daxil olan İranın İnqilab Keşikçiləri Korpusunun admiralı Əhməd Hacian İran televiziyasında bildirib ki, “gəmidə 150 min litrdən çox qaçaq dizel yanacağı var idi.” Bir video görüntüsə gəminin baklarında dizelin olduğu göstərilib. Hacian iddia edib ki, gəmi ələ keçirildiyi zaman İran sularında olub və bütün ekipaj üzvləri sorğu-sual edilir.

Xəbərlərdə bildirilir ki, admiral Hacian deyir ki, İranın İnqilab Keşikçiləri Korpusunun kəşfiyyatı dənizdə yanacaq qaçaqmalçılığına qarşı mübarizə aparırdı və İran körfəzində xarici gəmilərin hərəkətini izləyirdi. O həmçinin deyir ki, gəmi elektron və naviqasiya sistemlərini söndürəndən sonra İran sualarına qanunsuz şəkildə daxil olub.

Londonda fəaliyyət göstərən sabiq iranlı diplomat Mehrdad Xonsari Amerikanın Səsinə bildirib ki, “bizim bildiyimizin əksəriyyəti hələ ki, spekulyasiyadır.” Lakin o qeyd edib ki, regiondakı ölkələrin İranın İnqilab Keşikçiləri Korpusunun iddia etdiyi kimi İrana qaçaqmalçılıq yolu ilə dizel yanacağı keçirməyə çalışması imkansız görünür.

“Adətən İran pul qazanmaq və bənzər məqsədlər üçün dizeli boşaltmaq istəyir və regiondakı başqa ölkələrin dizel və bənzər malları qaçaqmalçılıq yolu ilə keçirməsi ehtimalı çox aşağıdır,” Xonsari deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG