Accessibility links

İranın İnqilab Keşikçiləri Fars Körfəzindəki yeraltı raket bazasını təqdim edib


İran dövlət mediası Tehran ilə Vaşinqton arasında gərginliyin artdığı bir vaxtda İranın elit İnqilab Keşikçiləri Qvardiyasının cümə günü Fars Körfəzinin açıqlanmayan bir yerində yeraltı raket bazası açdığını xəbər verir.

Dövlət mətbuatı Baş Komandan General-mayor Hüseyin Salaminin sözlərindən sitat gətirərək bildirir ki, "Bu baza Dəniz Mühafizə Qüvvələrinin strateji raketlərinin yerləşdiyi bir neçə bazadan biridir".

Keçən il İnqlab Keşikçiləri İranın körfəz sahili boyunca yeraltı “raket şəhərləri” qurduğunu söyləyərək bunun “İranın düşmənləri üçün kabus” olduğu xəbərdarlığını ediblər.

"Bu raketlərin yüzlərlə kilometr uçuş məsafəsi var, hədəfi dəqiqliklə nişan ala bilir, böyük dağıdıcı qüvvəyə malikdir və düşmənin elektron izləmə sisteminin öhdəsindən gələ bilər " deyə Salami bildirib.

O bazanın "Donanmanın strateji raketlərinin yerləşdiyi bir neçə bazadan biri" olduğunu deyib.

Son illərdə Fars körfəzinə ABŞ ordusu və İnqilab keçikçiləri arasında vaxtaşırı qarşıdurmalar yaşanıb. ABŞ orudusu İnqilab Keşikçiləri Qvardiyasının donanmasını Hörmüz boğazından keçən ABŞ hərbi gəmilərinə sataşmaq üçün əraziyə sürətli hücum gəmiləri göndərməkdə günahlandırır.

Prezident Donald Tramp İranla altı dünya gücləri arasında 2015-ci ildə bağlanmış nüvə anlaşmasından çıxaraq, İslam Respublikasının nüvə proqramını məhdudlaşdıran və ölkə iqtisadiyyatına ziyan vuran sanksiyaları yenidən tətbiq etdiyi vaxtdan bəri Tehran və Vaşinqton arasında gərginlik yüksək həddədir.

Şərhlərə bax

XS
SM
MD
LG