Accessibility links

İranın İnqilab Keşikçiləri Korpusu gəmi əleyhinə balistik raketi sınaqdan keçirib


İranın İnqilab Keşikçiləri Korpusu şənbə günü Hind okeanında sınaq keçirərək süni hədəfə qarşı gəmi əleyhinə balistik raket atıb. Bu sınaqlar Tehranın nüvə proqramı və ABŞ-ın İslam Respublikasına qarşı təzyiq kampaniyası səbəbilə gərginliyin artdığı vaxta təsadüf edib.

Video görüntülərdə iki raketin hədəfi vurduğu göstərilib. İran dövlət televiziyası bu hədəfləri 1800 kilometr məsafədə yerləşən “süni düşmən gəmiləri” adlandırıb. Xəbərdə hansı raketlərdən istifadə edildiyi bildirilməyib.

Cümə günü sınağın ilk mərhələsində İnqilab Keşikçiləri Qvardiyasının aerokosmik bölməsi “süni düşmən bazalarına” qarşı yerüstü balistik raket və dron atıb. İran dövlət televiziyası sınağın ölkənin böyük mərkəzi səhrasında keçirildiyini və nüvə proqramı səbəbilə artan gərginlik fonunda keçirilən tələsik sınaqlardan ən sonuncusu olduğunu bildirib. Televiziyanın yaydığı görüntülərdə həmçinin üçbucaq şəklində dronların sıx vəziyyətdə uçaraq hədəflərə çırpılıb partladıqları göstərilib.

Vaşinqtonla Tehran arasında gərginlik Prezident Donald Trampın İranın denya qüdrətləri ilə əldə etdiyi nüvə razılaşmasından geri çəkilməsindən sonra artıb. Trampın prezident olaraq son günlərində Tehran Cənubi Koreyanın neft tanketini ələ keçirib və uranın zənginləşdirmə səviyyəsini silah istehsal etmə səviyyəsini artırıb, ABŞ isə regiona B-52 bombardmamçılarını, USS Nimitz təyyarə daşıyıcısını və aton sualtı qayığını göndərib.

Iran son həftələrdə prezident seçilən Co Baydenə nüvə razılığı ilə bağlı təzyiq göstərməyə çalışdığı bir vaxt hərbi sınaqlarını artırıb. Bayden Amerikanın nüvə razılığına geri dönə biləcəyini bildirib.

Mətbuatda yer alan məlumatlara görə, İran cümə axşamı Əmman Körfəzində keçirdiyi dəniz təlimləri çərçivəsində ABŞ-ın atom sualtı qayığının nəzarəti altında kruiz raketləri atıb. İranın donanması həmin vaxt sualtı qayığının kimə aid olduğunu bildirməsə də, şənbə günü dövlət televiziyası ilə əlaqəsi olan xəbər vebsaytında gəminin Amerikaya aid olduğu bildirilib. Cümə günü İranın donanmasının yaydığı helicopter görüntülərində Ohayo səviyyəsində idarəolunan raket sualtı qayığı USS Georgia-nın olduğu güman edilən sualtı qayığı göstərilib. ABŞ Donanması USS Georgia-nın İran körfəzinə göndərildiyini bildirib.

İran 2000 kilometr məsafəni qət edə bilən, yəni İsrail və regiondakı ABŞ hərbi bazalarını vura biləcək raketlərə sahibdir. Tehran ötən ilin yanvar ayında ABŞ-ın Bağdadda İranın baş generalını öldürməsindən sonra İraqda ABŞ qoşunlarının yerləşdirildiyi iki bazaya bir neçə ballistik raket atıb. Nəticədə onlarla ABŞ əsgərində beyin sarsıntısı baş verib.

Tramp 2018-ci ildə ABŞ-ı birtərəfli olaraq İranın nüvə razılığından geri çəkdi. Həmin razılığa əsasən Tehran iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində uranın zəngiləşdirmə səviyyəsini məhdudlaşdırmağa razılaşıb. Tramp razılıqdan geri çəkilməsinə bir neçə məsələ ilə yanaşı İranın balistik raket proqramını səbəb olaraq göstərib.

ABŞ-ın sanksiyaları artırmasından sonra İran tədricən və ictimai şəkildə razılığın nüvə şərtlərini pozmağa başlayıb.

XS
SM
MD
LG