Accessibility links

İranın informasiya və milli təhlükəsizlik naziri Azərbaycana səfər edib


İlham Əliyev və Seyid Mahmud Ələvi
İlham Əliyev və Seyid Mahmud Ələvi

Dekabrın 14-də prezident İlham Əliyev Bakıda səfərdə olan İranın informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvini qəbul edib. Görüşün təfsilatı açıqlanmır.

Bu, İran kəşfiyyat rəhbərinin Azərbaycana ilk səfəridir.

Ələvinin səfərinin mümkün səbəbinə gəlincə, bu, Tehranın anti-İran sanksiyalarının tətbiqi və Bakının bunda iştirak edəcəyi ilə bağlı narahatlığı ola bilər.

Qeyd edək ki, bu, son bir həftədə Tehranın yüksək vəzifəli nümayəndəsinin ikinci səfəridir, bundan əvvəl İran sərhəd qoşunlarının komandanı Rezai Azərbaycana səfər edib.

XS
SM
MD
LG