Accessibility links

İranın keçmiş xarici işlər naziri müavini koronavirusdan ölüb


ABŞ səfirliyində girov böhranında iştirak edən İranın keçmiş xarici işlər nazirinin müşaviri Hüseyin Şeyxoleslam
ABŞ səfirliyində girov böhranında iştirak edən İranın keçmiş xarici işlər nazirinin müşaviri Hüseyin Şeyxoleslam

İranın keçmiş xarici işlər nazirinin müavini də daxil olmaqla koronavirsdan ölənlərin sayı 124-ə çatıb.

Səhiyyə Nazirliyinin sözçüsü Kianoush Jahanpur 6 martda son 24 saat ərzində 17 adamın öldüyünü, 1000-dən çox şəxsə diaqnoz qoyulduğunu söyləyib.

1979-cu il İslam İnqilabının ilk çağlarında Tehrandakı ABŞ səfirliyi işçilərinin girov götürülməsində iştirak etmiş İranın keçmiş xarici işlər nazirinin müşaviri Hüseyin Şeyxoleslam martın 5-də virusun səbəb olduğu xəstəlik nəticəsində ölüb. Bu barədə məlumatı IRNA xəbər agentliyi verib.

Şeyxoleslam 1980-ci illərdə xarici işlər nazirinin müavini, daha sonra isə İranın Suriyadakı səfiri, həmçinin xarici işlər nazirinin müavini Məhəmməd Cavad Zərifin müşaviri vəzifələrini icra edib.

Şeyxoleslam eyni zamanda 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edən və 52 amerikalını girov götürmüş, Vaşinqtonun İranla əlaqələrinin kəsməsində rol oynamış tələbələrdən biri olub.

Koronavirus səbəbi ilə İranın Ali Lideri Ayətullah Əli Xameneinin müşaviri və Vatikandakı keçmiş elçisi də daxil olmaqla bir sıra digər hökümət rəsmiləri həyatını itirib.

Vitse-prezident Masumeh Ebtekar, səhiyyə nazirinin müavini İrac Harirçi və 20-dən çox millət vəkili də daxil olmaqla bir sıra digər rəsmi şəxslər virusa yoluxublar.

ISNA xəbər agentliyi martın 5-də yaydığı məlumatda yeni seçilmiş mühafizəkar millət vəkili Fatemeh Rahbarın virusa yoluxduqdan sonra komada olduğunu bildirir.

XS
SM
MD
LG