Accessibility links

İranın səhiyyə nazirinin müavininin koronavirusa yoluxduğu təsdiqlənib


İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi və İran hökumətinin sözçüsü Əli Rəbii koronavirus epidemiyası ilə bağlı mətbuata açıqlamalar verir, 24 fevral, 2020.

İranın səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə öz Tvitter hesabında səhiyyə nazirinin müavini İrəc Hərirçinin koronavirusa yoluxduğunu bildirib.

İrəc Hərirçi sosial mediada bir video paylaşaraq koronavirusa yoluxmuş olduğunu və hal hazırda karantinə alındığını bildirib.

Səhiyyə nazirinin müavini koronavirus epidemiyası ilə bağlı hər gün mediaya açıqlamalar verirdi. Hərirçi fevralın 24-də İran hökumətinin sözçüsü Əli Rəbii ilə birgə mətbuat konfransı keçirmişdi. Onun dünən gecə koronavirusa yoluxduğu müəyyən edildikdən sonra o, karantinə alınıb. İrəc Hərirçi video mesajın karantində olduğu yerdən çəkildiyini bildirib.

Tasnim xəbər agentliyinin verdiyi məlumata görə, İran Səhiyyə Nazirliyi İctimaiyyətlə əlaqələr və məlumat şöbəsinin müdiri bu günə qədər 95 nəfərin koronavirusa yoluxma hallarının təsdiqləndiyini, 15 nəfərin öldüyünü açıqladı. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə koronavirusun yayılma mərkəzinin Qum şəhəri olduğu bildirilir. Hal-hazırda İranın digər 10 vilayətində koronavirusa yoluxma halları təsdiqlənib.

İran parlamentindəki islahatçı deputat Mahmud Sadiqi də öz Tvitter hesabında koronavirusa yoluxduğunu bildirib və yazıb ki, "bu mesajı bu dünyada yaşamağa ümidim az olan bir vəziyyətdə göndərirəm". O, İranın məhkəmə sisteminin rəhbəri İbrahim Rəisiyə müraciət edərək, "siyasi və təhlükəsizlik məhbuslarının ailələrinin məhbusların müvəqqəti buraxılması və bu epidemiyanı ailələri ilə birlikdə sovuşdurmaq istədiklərini" yazıb.

XS
SM
MD
LG