Accessibility links

İranın təhlükəsizlik qurumları güneyli milli fəalları hədələyir


İran Azərbaycanında etiraz mitinqləri təşkil etmək üçün yayımlanan çağırışdan sonra milli fəallara qarşı basqıların artdığı bildirilir.

Günaz TV və Aznews TV xəbər saytlarında yayımlanan məlumata görə, İranın təhlükəsizlik qurumları xüsusi nömrə ilə milli fəallara zəng edərək, onları hədələyib və çağırışda müəyyən olan etiraz yerlərə gedəcəyi təqdirdə həbs ediləcəklərini söyləyiblər.

Əldə edilən məlumata görə, təhlükəsizlik qüvvələri telefon təmasında bəzi milli fəallardan Kəşfiyyat İdarəsinə müraciət etmələrini istəyiblər. Milli fəallara zəng edən təhlükəsizlik qüvvələri əməkdaşlarının aşağılayıcı və hədələyici ifadələrlə danışdıqları bildirilir.

İyulun 23-də Təbrizdə 5 milli fəal heç bir məhkəmə vərəqəsi göstərilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq bir gecə təcridxanada nəzarətdə saxlanılıb. Həmin milli fəalların mobil telefonları müsadirə edilib.

Eyni zamanda Şahin Bərzigər və Əmir Səttari Rəuf hələ ki, təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılır və hələ buraxılmayıb.

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində su qıtlığı ilə bağlı başlanan və günlərdir davam edən etirazlara dəstək üçün 24 iyul tarixində etiraza dəvət bəyanatı yayımlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG