Accessibility links

İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Baydeni Tehranı qanunsuz olaraq təhdid etməkdə günahlandırıb


İranın yüksək səviyyəli təhlükəsizlik rəsmisi şənbə günü ABŞ Prezidenti Co Baydeni Tehranla nüvə diplomatiyası iflas etdiyi təqdirdə başqa variantlarını nəzərədən keçirə biləcəyini söyləməklə İranı qanunsuz olaraq təhdid etməkdə ittiham edib.

“[İrana qarşı] “başqa variantlardan” istifadə etməyi vurğulamaq başqa bir ölkəni qanunsuz olaraq təhdid etməyə bərabərdir və İrana “başqa variantlara” cavab vermək haqqı verir,” İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Twitter-də bildirib.

Bayden cümə günü Ağ Evdə İsrailin Baş naziri Naftali Bennettə deyib ki, o, İranın nüvə proqramına nəzarət etmək üçün “ilk öncə diplomatiyaya”üstünlük verir. Amma danışıqlar iflasa uğrasa, o, başqa naməlum variantlara əl atmağa hazırdır.

BMT-nin nüvə idarəsi bu ay yaydığı hesabatda bildirib ki, İran uranı silah səviyyəsinə yaxın bir səviyyədə zənginləşdirməyə başlayıb. Bu isə Tehranla nüvə razılığını yenidən canlandırmaq üçün danışıqları bərpa etmək istəyən Qərblə gərginlikləri artırır.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG