Accessibility links

İranın yeni seçilmiş prezidenti Tehranın ballistik raket proqramının "müzakirə edilmədiyini" bildirib


İranın yeni seçilmiş sərtxətt tərəfdarı prezidenti İbrahim Rəisi Tehranın ballistik raket proqramının məhdudlaşdırılması və ya regional silahlı qruplaşmalara dəstək məsələləri ətrafında danışıqlar aparmayacağını bildirib.

Bundan əlavə o, Tehranda jurnalistlərə verdiyi açıqlamada bildirib ki, 2015-ci il nüvə müqvailəsinə qoşulmaq üçün ABŞ Prezidenti Co Baydenlə görüşməyəcək.

Keçən həftə seçkilərdəki qələbəsindən sonra keçirdiyi ilk mətbuat konfransı zamanı 1988-ci ildə 5000 insanın qətl olunması ilə bağlı gələn suala cavab olaraq o, özünü "insan hüqüqlarını müdafiəçisi" adlandırıb.

Baxmayaraq ki, Rəisi altı həftə sonra prezidentliyə başlayacaq, 30 il əvvəlki hadisələr səbəbi ilə ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalar hələ də qüvvədədir.

Ultra mühafizəkar şiə din xadimi Rəisi siyasi məhbuslar, militantlar və başqalarının saxta mühakimələrindən sonra edam əmri verən "ölüm komissiyaları" kimi tanınan vəzifədə xidmət edib.

"Harada olmağımdan asılı olmayaraq, insan haqlarının və insanların təhlükəsizliyinin müdafiəçisi olmaqdan qürür duyuram" deyən Rəisi əlavə edib ki, "vəzifədə olduğum dövrdə həyata keçirdiyim bütün işlər həmişə insan haqlarının müdafiəsi istiqamətində olub. Bu gün prezident postunda özümü insan haqlarını qorumağa borclu hiss edirəm".

O, digər tərəfdən ABŞ İrana qarşı bütün təzyiq sanksiyalarını ləğv etmək məcburiyyətindədir deyərək, Vaşinqtona qarşı qəti bir mövqe sərgiləyib.

ABŞ və digər beş beynəlxalq gücün Tehranla nüvə paktının yeni şərtlərini müzakirə etdiyi bir vaxt Rəisi İranın ballistik raket proqramı və regional silahlı qruplaşmalara verdiyi dəstəyi ilə bağlı hər hansı bir mövzunun "müzakirə edilmədiyini" bildirib.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan bazar günü ABC News-un “Bu həftə” proqramına verdiyi müsahibəsində bildirib ki, İranı nüvə silahı istehsalından çəkindirmək məsələsi ABŞ üçün “ən vacib prioritet”-dir.

Sallivan Xameneyinin ölkəni idarə etməsi səbəbindən Rəisinin seçkiləri udmaq məsələsini gözarı edib.

Rəisi sanksiyaların yüngülləşdirilməsini "xarici siyasətimizin mərkəzi" adlandırıb və ABŞ-dan müqavilədəki "öhdəliklərə geri qaytarmağı" tələb edib.

XS
SM
MD
LG