Accessibility links

İran öz ərazisinə mərmi düşdüyünə görə Ermənistan və Azərbaycana nota verib


İran Xarici İşlər Nazirliyi İran ərazisinin atəşə tutulması ilə bağlı Yerevan və Bakıya nota göndərib. Bu barədə oktyabrın 7-də İran Xarici İşlər Nazirliynin sözçüsü Səid Xətibzadə bildirib.

“Biz hər iki tərəfi İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və bu cür insidentlərin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq,” Xətibzadə bildirib.

Oktyabrın 5-də İranın İRNA agentliyi bildirib ki, Dağlıq Qarabağda hərbi münaqişə zamanı buraxılmış bir neçə mərmi İran ərazisinə düşüb, əsasən onlar Xudafərin yaşayış məntəqəsinə yaxın yerdə düşüb. Nəticədə, altı yaşlı uşaq xəsarət alıb, bir neçə evə ziyan dəyib.

İran Xarici İşlər Nazirliyinin notasına hələ nə Azərbaycan, nə də Ermənistan münasibət bildirib.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

Şərhlərə bax

XS
SM
MD
LG