Accessibility links

Trampın İrana qarşı hücum göstərişinə şərh verilmir


ABŞ-ın Milli Təhlükəsizlik Xidməti prezident Trampın İrana hərbi zərbə endirilməsini təsdiq etdiyinə dair şərh verməkdən imtina edir. Lakin məlumatda naməlum səbəblərə görə əməliyyatın geri çəkildiyi bildirilir.

Tramp daha əvvəl İranın radar və raket batereyaları kimi bir sıra mövqeyinin hədəf alınmasna göstəriş vermişdi. Bu, The New York Times qəzetinin məlumatında bildirilib.

The Washington Post və digər mətbuat orqanları da prezidentin əks-hücuma göstəriş verdiyini yazıb.

Bu arada Rusiya mətbuatında da İran hökumətinin Trampın hücumuna dair məlumatlar aldığına dair xəbərlər yayılıb. İran hər bir hücuma cavab veriləcəyi ilə hədələyib.

İran dövlət televiziyası cümə axşamı Hörmüz körfəzinin cənub bölgələrində ABŞ-ın hərbi dronunu vuran iran raketinin buraxılmasının video görüntülərini yayıb.

Videogörüntü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Twitterdə dronun “gözə görünməyən rejimdə Səudiyyə Ərəbistanından göyə qalxdığını və İranın hava sərhədlərini pozduğunu” tvitt etməsində sonra yayımlanıb.

Tehran bilirib ki, Amerikanın İranın hava sərhədlərini pozan "Global Hawk" pilotsuz aparatı onun ərazisi üzərində casusluq missiyası yerinə yetirib, lakin Vaşinqton dronun beynəlxalq hava məkanında vurulduğunu deyib.

ABŞ-ın "Global Hawk" dronunun Hörmüz boğazı üzərindəki yolu
ABŞ-ın "Global Hawk" dronunun Hörmüz boğazı üzərindəki yolu

Bu, iki ölkə arasında artan qarşıdurmada qlobal neft tədarükünün əsas arteriyası olan Fars körfəzində altı neft tankerinə edilən hücumlar da daxil olmaqla may ayının ortasından bəri insidentlər seriyasında sonuncusu olub.

İran dövlət mediasının verdiyi məlumata görə, ABŞ-ın “casus” dronu İranın Hormozqan əyalətinində yerli istehsal olan “3 Hordad” rakeri ilə vurulub.

İran İnqilab keşikçilərinin komandiri general-mayor Hüseyn Salami televiziyada yayımlanan çıxışında “Sərhədi pozan istənilən düşmənin geriyə yolu yoxdur. Onlar məhv edilməlidir” , deyib.

İran dövlət televiziyası İRİB-in verdiyi məlumata görə, İran İnqilab keşikçilərinin bəyənatında həmçinin, vurulan zaman dronun təyinolunma transporderinin "aviasiya qaydalarını pozduğu və tam gizli şəkildə hərəkət etdiyi" bildirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib ki, İran baş vermiş hadisəyə görə Birləşmiş Millətlər Təşkilatına şikayət edəcək.

XS
SM
MD
LG