Accessibility links

İran ABŞ dronunu vurub


İran ABŞ dronunu vurub
please wait

No media source currently available

0:00 0:01:58 0:00

İran cümə axşamı ABŞ dronunu vurub. Bu barədə İranın dövlət mediası xəbər verib. İran rəsmiləri insidentin İran ərazisində baş verdiyini, ABŞ rəsmiləri isə dronun beynəlxalq hava hövzəsində vurulduğunu söyləyir.

İranın bildirdiyinə görə, İnqilab Keşikçilərinin Hörmüz boğazı yaxınlığında ölkənin cənubi Hormozgan vilayəti üzərindəki hava hövzəsində vurduğu RQ-4 Global Hawk dronu olub. ABŞ rəsmisi isə Hörmüz boğazı üzərində uçan dronun M1-4C Triton olduğunu bildirib.

ABŞ ordusunun Mərkəzi Komandanlığının sözçüsü Bill Urban Amerikanın Səsinə deyib ki, çərşənbə günü “İranın hava hövzəsində heç bir ABŞ təyyarəsi uçmayıb”.

İnsident Tehranla Vaşintqon arasında böyük hərbi münaqişənin baş verəcəyinə dair narahatlıqları artırır.

İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi çərşənbə axşamı deyib ki, İran hava hövzəsinin pozulmasına “güclü cavab verəcək”.

ABŞ prezidenti Donald Tramp cümə axşamı İranın beynəlxalq hava hövsəzində ABŞ-ın kəşfiyyatçı dronunu vurmasını qınayıb. O, Twitter hesabında “İran çox böyük səhv edib”yazıb.

Donald Tramp ötən il sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran beynəlxalq razılıqdan çəkiləndən bəri münasibətlər pisləşib.

ABŞ ordusu İranın ötən həftə ABŞ dronunu vurmaq istədiyini deyib. Regionda neft tankerlərinə hücumlar səbəbilə iki ölkə arasında gərginlik artıb. Birləşmiş Ştatlar və müttəfiqi Səudiyyə Ərəbistanı insidentlərə görə İranı günahlandırıb.

İran isə bu ittihamları rədd edir.

Birləşmiş Ştatlar və müttəfiqi Səudiyyə Ərəbistanı insidentlərə görə İranı günahlandırıb.

Vaşinqton İrandan gələn təhlükələri səbəb göstərərək Yaxın Şərqə bombardmançılar və əlavə qoşun göndərib.

Lakin Tramp müharibə aparmaq ist'mədiyini deyib.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı deyib ki, ABŞ ordusunun İrana hücumu Yaxın Şərq üçün fəlakət olar və zorakılıqarın artmasına habelə qaçqın axınına səbəb ola bilər.

Putin Moskvanın Tehranın nüvə öhdəliklərini tam yerin yetirdiyinə inandığını bildirib və İrana qarşı sanksiyaları əssasız adalandırıb.

XS
SM
MD
LG