Accessibility links

İran ABŞ-la gərginliklər fonunda replika hərbi gəmiyə raket atıb


İran dövlət televiziyası çərşənbə axşamı hərbi təlimlər çərçivəsində ölkənin Hərbi İnqilab Keşikçilərinin Hörmüz Boğazında bir replika hərbi təyyarə daşıyan gəminin helikopterdən atılan raketlə vurulduğu haqda xəbər verib.

"Böyük Peyğəmbər 14" adlı hərbi təlimlər çərçivəsində helikopterdən atılan raket vasitəsi ilə replika gəminin vurulması anları televizyia vasitəsi ilə yayımlanıb.

İran hərbi qüvvələrinin eləcə də dövlət televiziyasının Bəndər Abbas liman şəhəri yaxınlığında ərazi kimi təsvir etdiyi yerdə zenit batareyalarından dron hədəfi atəşə məruz qoyduğu görüntülər yayımlayıb.

Bundan əlavə, hərbi qüvvələrin quruda hərbi maşınlarından və dənizdəki sürətli qayıqlardan atılan raketlərdən atəş açdığı nümayiş etdirilib.

Hərbi birləşmələrin komandiri Abbas Nilforuşana istinadən Sepahnews.com saytının xəbərinə əsasən, qvardiya "uzaq məsafədə üzən təcavüzkar hədəflərə zərbə vurma qabiliyyəti olan uzaqmənzilli ballistik raketlərdən də istifadə ediləcək".

Lakin yayımlanan bütün bu görüntülərin çərşənbə axşamı qeydə alındığı aydın deyil. Yayımlanan görüntülərdə dron vasitəsi ilə çəkilmiş fotolardan birində çəkilişin bazar ertəsi edildiyini görmək mümkündür.

Hərbi təlimlərin Tehran və Vaşinqton arasındakı gərginliklər zamanı ABŞ-ı təhdid etməyə yönəldiyi düşünülür.

Neft ticarətinin 20 faizinin nəql edildiyi sularda hərbi təlimlərin keçirilməsi keçən il bölgədə neft tankerlərinin hədəf alındığı bir sıra insidentlərdən sonra İran və ABŞ arasında hərbi münaqişə təhlükəsinin hələ də qalmaqda olduğunu göstərir. Yanvar ayında ABŞ-ın dron hücumu zamanı İranın yüksək səviyyəli generalının öldürülməsinə cavab olaraq, Tehran İraqda qərargahlanan Amerika hərbi qüvvələrini hədəf alan ballistik raket hücumu həyata keçirmişdi.

Koronavirus pandemiyasının həm İran, həm də ABŞ-ı aylardır öz təsiri altında saxladığı vaxt Amerikanın Tehrana qarşı irəli sürülmüş və oktyabr ayında başa çatacaq bir illik silah embarqosunun müddətini uzatmaqda təkid etdiyi üçün qarşıdurma əlamətləri artmaqdadır.

Bu yaxınlarda Suriyada Amerika döyüş təyyarəsinin İranın sərnişin təyyarəsinə olduqca yaxın məsafəyə qədər yaxınlaşması da gərginliyin yenidən artmasına gətirib çıxarıb.

XS
SM
MD
LG