Accessibility links

İran: Avropa nüvə razılığını ayaqda tutmaq üçün kifayət qədər iş görmür


İran: Avropa nüvə razılığını ayaqda tutmaq üçün kifayət qədər iş görmür
please wait

No media source currently available

0:00 0:02:17 0:00

İran bildirir ki, Avropanın 2015-ci ildə əldə olunan nüvə razılığını qüvvədə saxlamaq səyləri nəticə vermir və İran xalqı arasında ölkənin nüvə proqramının yenidən başladılmasına dəstək artır. Bazar günü Münhen Təhlükəsizlik Konfransında çıxış edən Tehranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Birləşmiş Ştatlar və İsraili ölkəsinə qarşı müharibə başlatmaq istəməkdə ittiham edib. Bundan öncə isə ABŞ vitse-prezidenti Mayk Pens Avropanı Tehrandakı “qatil rejimi” dəstəkləməkdə günahlandırıb.

Onlar bizim sanksiyaları pozmaq üçün mexanizmlər yaratmağa çalışıb. Onlar bu planı Xüsusi Məqsəd Maşını adlandırır, bis isə - Amerikanın İranın qanlı inqilabçı rejiminə qarşı sanksiyaları pozmaq cəhdi.
Mayk Pens

Avropa trans-Atlantik müttəfiqini sakitləşdirməyə çalışır, eyni zamanda isə İranın nüvə razılığını ayaqda tutmaq istəyir. Son günlərdə isə bu vəziyyət gərginliyə səbəb olub.

“Onlar bizim sanksiyaları pozmaq üçün mexanizmlər yaratmağa çalışıb. Onlar bu planı Xüsusi Məqsəd Maşını adlandırır, bis isə - Amerikanın İranın qanlı inqilabçı rejiminə qarşı sanksiyaları pozmaq cəhdi”, ABŞ vitse-prezidenti Mayk Pens söyləyib.

Rəsmi olaraq INSTEX kimi tanınan bu Xüsusi Məqsəd Maşını Avropa şirkətlərinə ABŞ sanksiyalarından yan keçərək İranla ticarət aparmağa imkan yaradan ödəniş sistemidir.

“Onlar ABŞ dolları və ya ABŞ vətəndaşlarını cəlb etmirlər və ABŞ rəsmilərinin sanksiya tətbiq etdiyi mal və xidmətlərin ticarəti ilə məşğul olmurlar” – deyə, Nigel Kuşner bildirir.

Bu şərait İranı qane etmir.

“INSTEX E3-ün (Avropa üçlüsü) razılığı ayaqda saxlamaq öhədiliklərini qarşılamır. Avropa ABŞ-ın birtərəfliliyinin təhlükəli axınına qarşı üzmək istəyirsə, islanmağa razı olmalıdır”, Məhəmməd Cavad Zərif deyib.

Avropa İranın səbrli olacağına ümid bəsləyir.

“Düşünürəm ki, İran gözləyəcək və Donald Trampın yenidən prezident seçilməyəcəyinə ümid edəcək”,sanksiya vəkili Nigel Kuşner söyləyir.

INSTEX E3-ün (Avropa üçlüsü) razılığı ayaqda saxlamaq öhədiliklərini qarşılamır. Avropa ABŞ-ın birtərəfliliyinin təhlükəli axınına qarşı üzmək istəyirsə, islanmağa razı olmalıdır.
Məhəmməd Cavad Zərif

Vitse-prezident Pensin Münhendəki çıxışı Avropada Vaşinqtonun daha böyük planlarının olduğuna dair narahatlıqlar yaradıb.

“Bu, razılıqla bağlı yenidən danışıqlar aparmaq çağırışından çox, Tehrandakı rejimi dəyişmək çağırışı idi” – deyə, Avropa İttifaqı Təhlükəsizlik Araşdırmaları İnstitutundan Florens Qaub bildirir.

Vaşinqton açıq şəkildə İranda rejim dəyişikliyinə çağırmayıb. Lakin ABŞ, İsrail və bir çox ərəb ölkələri Tehranın törətdiyi təhlükələr barədə daha açıq danışmağa başlayıb.

Avropa Yaxın Şərq və Birləşmiş Ştatlardakı müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, Vaşinqtonun ötən il geri çəkildiyi nüvə razılığını dəstəkləməyə davam edir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG