İran Avropanın 2015-ci il sazişinin qorunması səylərinin iflasa uğradığını və İran xalqının ölkənin atom proqramını başlatmasına dair dəstəyinin artdığını bildirib.
“Biz Avropanın sazişi siyasiləşdirməsinə minnətdarıq. Saziş investisiya üçün hazırlanmayıb. Saziş hesab ödənilməsi üçün hazırlamayıb” - deyə, İranın xarici işlər naziri Məhəmməd Cavd Zərif vurğulayıb.
Münhendə Təhlükəsizlik Konfransında danışan Zərif həmçinin ABŞ-ın vitse-prezidenti Mayk Pensin Avropa ölkələrini İranla nüvə sazişindən çıxmağa çağırmasından sonra Birləşmiş Ştatlar administrasiyasını tənqid edib. O, Fransa, Almaniya və Britaniyanı razılışmanın qorunması üçün daha çox iş görməyə çağırıb.
“Əlbəttə bəziləri müharibə axtarır…İsrail. Müharibə riski böyükdür. Beynəlxalq qanunun pozulmasına göz yummağa davam etsəniz, bu risk daha da böyük olacaq” - deyə, Zərif bildirib.
İran xarici işlər naziri İsraili Suriyada bombardman kampaniyasında ittiham etdikdən sonra Avropa ölkələrini İsrail və Birləşmiş Ştatları regionda davranışını dəyişməyə çağırmadığına görə tənqid edib.