Accessibility links

İran Azərbaycanının Muğan bölgəsində yerləşən kəndlərdə su yoxdur


İran Azərbaycanının Muğan (Parsabad) bölgəsində yerləşən kəndlərin bir həftədən çoxdur suyu yoxdur.

Muğan bölgəsinin yerli xəbər agentliklərinin yayımladığı məlumatlara əsasən, bu bölgədə yerləşən bir neçə kəndin suyu bir həftədən çoxdur ki kəsilib.

İran və İran Azərbaycanında COVİD-19 xəstəliyinin yayılması ilə əlaqədar təhlükəli bir vəziyyətin yaranmasına baxmayaraq, Muğanın Qaraqabaq Həsənxanlı (Əbdülrza Abad) kimi bir neçə kəndində su kəsilib və bununla əhalinin sağlıq durumu üçün təhlükə yaranıb.

Kəndlərin sakinlərinin dediyinə görə, bir həftədən çoxdur ki, bölgədə bu problem yaşanır, amma "heç bir dövlət qurumunun nümayəndələri, nə bələdiyyə başçısı və nə də başqa rəsmilər" xalq qarşısında cavabdeh olduqlarını göstərmir.

Kəndlilər deyirlər ki, rəsmilər onlara kömək etməlidir. "Bu vəziyyətdə suyumuz yoxdur, sağlamlığımız da yoxdur. Uşaqlarımız suya ehtiyac duyurlar", onlar bildirir.

Onların dediyinə görə, ən azından daha öncə gün saat 12-yə qədər biraz su gəlirdi, amma indi iki gündür ki, artıq tam şəkildə sular kəsilib.

Kəndlilər əyalət rəsmilərindən bu vəziyyətə müdaxilə etmələrini istəyirlər. "Biz Araz çayının dibində ola-ola içməkli və təmizlik üçün suyumuz yoxdur. Nə zamana qədər bu şərtlər altında yaşayacağıq?" kənd sakinləri sual edir.

İran İslam Respublikasının hakimiyyətindən 40 il keçsə də, İran Azərbaycanının bir çox kəndində su, elektrik, qaz və yaşam üçün gərək olan digər imkanlar yaranmayıb.

Koronavirusunun ölkədə və İran Azərbaycanında təhlükəli bir vəziyyətdə yayılması ilə birgə su kəsintiləri xalqın gigiyena normalarına əməl etməsini çətinləşdirir.

Müşahidəçilərin bildirdiyinə görə, Muğan (Parsabad) kəndlərində su problemi davam edərsə, bu bölgələrdə daha da böyük problemlər yarana və bölgədə yaşayan əhalinin sağlıq durumunun təhlükəli vəziyyətə düşə biləcəyini söyləyirlər.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG