Accessibility links

İran Azərbaycanının Salmas düzənliyində torpağın eroziyası "super kritik" vəziyyətdədir


Salmas düzü
Salmas düzü

İranın Qərbi Azərbaycan vilayətinin Regional Su Şirkətinin rəsmisi bu vilayətin şimalında yerləşən Salmas düzənliyinin vəziyyətinin "super kritik" olduğunu bildirib.

Qərbi Azərbaycan vilayətinin Regional Su Şirkətinin rəsmisi Yasir Rəhbərdin İSNA xəbər agentliyinə verdiyi müsahibədə, vilayətin şimalındakı Salmas düzənliyində olan torpağın eroziyası barədə xəbərdarlıq edib.

Rəhbərdin Salmas düzənliyində torpağın deqradasiyasının yeraltı suların çatışmazlığı və vilayətin quyularından standard həddindən 32 milyon kubmetr daha çox götürülməsi nəticəsində olduğunu deyib.

Vilayətdə yeraltı su mənbələrindən həddindən artıq istehlak suyun keyfiyyətini aşağı salıb.

Rəsminin dediyinə görə, bəndlərin suyundan kənd təsərrüfatı sektoru üçün ayrılan suyun həcmi azalanda sonra yeraltı su mənbələrindən qeyri-qanuni istifadə artıb.

Rəhbərdin deyib ki, bu vəziyyət idarə edilməli və lazımi infrastrukturlar yaradılmalı olsa da, hazırda büdcə çatışmazlığı mövcuddur.

XS
SM
MD
LG