Accessibility links

İran Azərbaycanında Ərdoğanın oxuduğu şeirə dəstək kampaniyası başlanıb


Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakıda Araz çayına dair oxuduğu bayatıya etiraz edən İran Xarici İşlər Nazirliyinə qarşı İran Azərbaycanında vətəndaşlar dəstək kampaniyası başladıb.

İran Azərbaycanı xəbərlərini əks etdirən bir sıra sosial media platformalarında başladılan kampaniyada azərbaycanlı vətəndaşlar Ərdoğanın oxuduğu bayatını oxuyaraq videolar paylaşırlar.

"Arazı ayırdılar" və "birlik üçün oxu kimi" haştaqlar ilə Twitter və Instagram sosial şəbəkələrində yayılan videolarda vətəndaşların hər videonun sonunda və şeiri vəya mahnını oxuduqdan sonra “Yaşasın Azərbaycan”, “Yaşasın Türkiyə” və “Nə Mutlu Türkəm Deyənə” şüarlarını səsləndirdikləri müşahidə olunur.

Kampaniyaya qatılan İran Azərbaycanında yaşayan vətəndaşların çəkdikləri videolarda Azərbaycan, Türkiyə və Traktor futbol komandalarının bayraqlarına da yer verdikləri görünür.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər Paradında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oxuduğu bayatı İran rəsmiləri tərəfindən etirazla qarşılanıb.

İranın Xarici İşlər Nazirliyi Türkiyənin həmin ölkədəki səfirini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı "müdaxilə" xarakterli bəyanatına görə nazirliyə çağırdığını bildirir.

“Türkiyə səfirinə, İran İslam Respublikasının heç kimin ərazi bütövlüyünə müdaxilə etməsinə icazə vermədiyi söyləndi,” İran XİN sözçüsü Səid Xətibzadə deyib.

Bundan öncə İran Xarici İşlər naziri Cavad Zərif Türkiyə liderinin söylədiyi şeirin Azərbaycan Respublikasının "suverenliyinə xələl gətirdiyi"ni qeyd edərək "heç kəsin bizim sevgili Azərbaycan" haqda danışmağa ixtiyarının olmadığını yazıb.

Anadolu xəbər agentliyi Türkiyənin Xarici İşlər Nazirliyinin İranın Ankaradakı səfirini çağıraraq “prezidentə əsassız iddialar” mövzusu ilə bağlı nota verdiyini bildirib.

Həmin xəbərə görə, İranın Ankaradakı səfiri Ferazməndə İran Xarici İşlər Naziri Cavad Zərifin paylaşdığı tvit, Türkiyənin Tehrandakı səfiri Derya Örsün İran Xarici İşlər Nazirliyinə çağırılması və ölkənin prezidenti Ərdoğana qarşı irəli sürülən əsassız iddialar və Türkiyəyə qarşı İran medialarında nifrət kampaniyasının başlanması ilə bağlı nota verilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG