Accessibility links

İran Azərbaycanında iki milli fəal müvəqqəti azadlığa buraxılıb


Siyamək Seyfi
Siyamək Seyfi

İranda yanacaq qiymətinin artırılmasına kütləvi etirazlar zamanı İran Azərbaycanında saxlanılan 2 türk fəal zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.

İran Azərbaycanında 2 milli fəal zəmanət qarşılığında azadlığa buraxılıb
İran Azərbaycanında 2 milli fəal zəmanət qarşılığında azadlığa buraxılıb

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, noyabrın 18-də Meşkinşəhrdə (Xiyav) təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı fəal Siyamək Seyfi 150 milyon tümən zəmanət qarşılığında Ərdəbil həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıb.

O, bir gecə Meşkinşəhr polis idarəsində saxlanıldıqdan sonra İran vaxtı ilə günorta saat 2-də məhkəməyə aparılıb və oradan Ərdəbil Ettelaat İdarəsinin həbsxanasına köçürülmüşdü. Siyamək Seyfiyə məhkəmə tərəfindən "Benzin qiymətinin artması ilə əlaqədar xalqı və öz fikirdaşlarını iğtişaşa çağırmaq" ittihamı irəli sürülüb.

Siyamək Seyfinin saxlanılmasından bir gün öncə Ərdəbil şəhərinin sakini olan digər milli fəal Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və naməlum yerə aparılmışdı.

İranda noyabr ayında hökümətə qarşı etirazlar əsnasında Urmiyədə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan digər milli fəal Salar Tahiri Əfşar 100 milyon zəmanət qarşılığında azadlığa buraxılıb.

Salar Tahiri Əfşar
Salar Tahiri Əfşar

İran hökumətinin yanacaq qiymətlərini artırması İranın müxtəlif şəhərlərində, o cümlədən İran Azərbaycanının şəhərlərində etirazların baş qaldırıb.

Ölkənin bir çox bölgəsində etirazların baş qaldırması ilə yanaşı hökumət internet xidmətini dayandırmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG