Accessibility links

İran Azərbaycanında 5 milli fəal ərəblərə dəstək aksiyası ilə əlaqədar olaraq məhkəməyə çağırılıb 


Ərəblərə dəstək mitinqi ilə əlaqədar saxlanılan fəallar
Ərəblərə dəstək mitinqi ilə əlaqədar saxlanılan fəallar

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərin yaydığı məlumata görə, Təbriz şəhərində ərəblərə dəstək mitinqi ilə əlaqədar həbs edilən milli fəallardan beş nəfər, o cümlədən Məhəmməd Mərdi, Yusuf Sələhşur, Əmir Səttari, Şahin Bərzigər və Vəhid Əbhəri Təbriz Cinayət Məhkəməsinin 111-ci şöbəsinə çağırılıb.

İran Məhkəməsinin elektron sisteminin vasitəsilə fəallara göndərilən çağırışa görə, Məhəmməd Mərdi oktyabrın 26-da, Yusuf Sələhşur oktyabrın 27-də, Vəhid Əbhəri ilə Əmir Səttari oktyabrın 30-da və Şahin Bərzigər oktyabr ayının 31-də Təbriz Cinayət Məhkəməsinin 111-ci şöbəsinə çağırılıblar.

Adları çəkilən fəallara qarşı, "İran İslam Respublikasına qarşı təbliğat aparmaq", "Qeyri-adi hərəkətlər, hay-küy və qarışıqlıq yaradaraq ümumi intizam və asayişi pozmaq və qanunsuz mitinqə qatılaraq əhalinin işinə əngəl yaratmaq və ictimai asayişi və təhlükəsizliyi pozmaq” və "Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakılıq hərəkətlərinə təhrik və dəvət etmək" kimi ittihamlar irəli sürülüb.

Əmir Səttari, Vəhid Əbhəri və Şahin Bərzigər iyul ayının 22-də, Yusuf Sələhşur iyulun 25-də və Məhəmməd Mərdi isə iyulun 26-da İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdilər.

Həbs edilən bu milli fəallar dindirilmək üçün ilk öncə İranın Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasına aparılıb, bir neçə gün sorğu-sual ediləndən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdülər.

Avqustun 14-də Məhəmməd Mərdi, Yusuf Sələhşur, Şahin Bərzigər və Vəhid Əbhəri və avqust ayının 15-də isə Əmir Səttari girov qarşılığında müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılmışdı.

İyulun 24-də Təbrizdə yaşayan bir çox güneyli vətəndaş İranın Əhvaz bölgəsində yaşayan ərəb icmasının su qıtlığına qarşı etiraz aksiyalarına dəstək olmaq məqsədilə etiraz mitinqi keçirmişdilər.

Mitinq zamanı başda Təbriz olmaqla, İran Azərbaycanının digər şəhərlərində bir çox vətəndaş nəzarət altına alınmışdı. Bu vətəndaşlara qarşı başladılan məhkəmə prosesi hələ də davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG