Accessibility links

İran Azərbaycanında bağbanlar məhsullarını yol kənarına tökür


alma

İran Azərbaycanının vilayətlərində bağbanlar məhsullarının xeyli ucuzlaşması üzündən almalarını sata bilmirlər.

Qərbi Azərbaycanın Qoşaçay (Miyandoab), Sulduz (Nəqədə) və Urmiyə kimi şəhərlərdə bağbanlar almaları yol kənarında boşaldıblar. Bəziləri alma qiymətinin ucuz olmasına etiraz olaraq ağacları kəsiblər.

Şərqi Azərbaycan vilayətinin bir çox şəhərində də yol kənarlarında alma məhsullarının ucuz qiyməti və soyuq hava anbarlarının tutumunun yetərli olmadığı eləcə də bölgədə emal sənayesinin olmadığı üçün toplanıb qalıb.

Bir kiloqram alma bazarda 5,000 tümənə satıldığı halda həmin alma bağbanlardan 1000 tümən civarında satın alınır.

İran Azərbaycanında alma yetişdirənlər az qala hər il bu problemlə üzləşirlər.

İran İslam Respublikası Məclisinin Tədqiqat Mərkəzinin verdiyi məlumata görə, hər bir ton almanın yetişməsi üçün 1083 kubmetr ərazi işlənir. Azərbaycanlı fəalların dediyinə görə, almanın qiyməti o qədər ucuzdur ki, istifadə olan suyun maya dəyəri belə çıxmır.

Ətraf mühit fəalı Səid Əkbərpur öz Instagram hesabında yazıb ki, satılması mümkün olmayan və yüksək səviyyədə su istifadəsi gərəkən bu meyvənin, quraqlıq böhranı ilə üzləşən Urmiyə Gölü ətrafında yetişdirilməsi məntiqə sığmır.

Güneyli fəal İbrahim Savalan öz Instagram hesabında Ərdəbil vilayətinin rayonlarından olan Meşkinşəhr şəhərində 230,000 ton alma istehsal olduğunu bildirərək bu miqdardan sadəcə 30,000 tonu üçün soyuq hava anbarı olduğunu yazıb.

Təsnim xəbər agentliyinin yaydığı məlumata görə, hər bir kiloqram alma bazarda 5,000 tümənə satıldığı halda həmin alma bağbanlardan 1000 tümən civarında satın alınır.

Şərhlərə bax

XS
SM
MD
LG