Accessibility links

İran Azərbaycanında iki edam məhkumu əfv edilib


İran Azərbaycanının Təbriz və Meşkinşəhr (Xiyav) şəhərlərində edam cəzasına məhkum edilən iki məhbus qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilərək dar ağacından asılmaqdan qurtulublar.

İRNA xəbər agentliyi yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayətinin Baş Ədliyyəsinin rəhbəri Musa Xəlilullahi Təbriz həbsxanasında saxlanılan Edam məhkumunun qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən əfv edilərək qisas cəzasından xilas olunduğunu bildirib.

Xəbər agentliyi ədliyyə rəsmiləri tərəfindən verilən məlumata istinadən bu il, 17 şəxs əfv edilərək edamdan qurtulduğunu qeyd edib.

Həmçinin Ərdəbil vilayətində yerləşən Meşkinşəhr şəhərində edam cəzasına məhkum edilən bir vətəndaş da qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən bağışlanaraq edamdan qurtulub.

Bu məhkum 55 yaşlı bir vətəndaşı öldürmək ittihamı ilə suçlanaraq həbs edilib və son 11 ilin Meşkinşəhr Həbsxanasında keçirib.

İran İnsan Haqları Təşkilatının (İran HR) 2019-cu ildə yaydığı hesabatında bildirilir ki, İranda həyata keçirilən 280 edamdan ən azı 225-i "qəsdən qətlə yetirmək" ittihamı ilə icra edilib.

İranda şəriət qanunlarına görə, qəsdən adam öldürməkdə ittiham olunan məhkum qurbanın yaxınları tərəfindən bağışlanmadığı təqdirdə edam cəzası ala bilər və məhkəmə onun edamına birbaşa münasibət bildirə bilməz və hökmün icrası iddiaçıların qərarına bağlıdır.

Çin ilə İran dünyada edam cəzasının ən yüksək icra nisbətinə malikdirlər. İran statistikalarda adambaşına düşən edam icra nisbətinə görə ən yüksək səviyyədədir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG