Accessibility links

İran Azərbaycanında iki edam məhkumu qətlə yetirdikləri şəxlərin ailələri tərəfindən əfv edilib


İran Azərbaycanı xəritəsi
İran Azərbaycanı xəritəsi

İranın Qərbi Azərbaycan və Zəncan vilayətlərində daha əvvəl qisasa məhkum olmuş iki məhbus qətlə yetirdikləri şəxlərin ailələri tərəfindən əfv ediliblər.

İranın dövlət agentliyi İRNA-nın xəbərinə istinadən, Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində həbsdə saxlanılan məhkum 24 il sonra dar ağacından xilas olub.

Qoşaçay həbsxanasının müdiri Bayram Şahbazinin sözlərinə görə, “qisas hökmünə məhkum olan şəxs 24 il həbsdən sonra qan sahiblərinin razılığını alaraq yenidən yaşamaq fürsəti əldə edib və ailəsinə qovuşdu.”

Zəncan vilayətinin Əbhər şəhərində dar ağacından xilas olan edam məhkumu isə 20 il əvvəl həbs edilmişdi.

İSNA agentliyinin xəbərinə görə, “edam məhkumu 20 əvvəl bir soyğun zamanı baş verən toqquşmada 18 yaşında bir gənci qətlə yetirmişdi.”

Zənca Ədliyyəsinin başqanı Höccətül-İslam İsmayıl Sadıqinin verdiyi məlumata görə, “məhkumun qisas hökmü İranın Ali Məhkəməsi tərəfindən də təsdiq edilmişdi. Ancaq, qan sahibləri güzəştə gedərək məhkumun canını bağışladılar.”

Hüquq müdafiəçilərinin daha əvvəl yayımladığı hesabata əsasən, 2019-cu ildə İranda təqribən 300 məhbusun ölüm hökmü icra olunub. Bunlardan 13-nün hökmü açıq məkanlarda həyata keçirilib. Həmçinin, 2019-da dar ağacından asılan məhbuslardan dördünün yaşı mühakimə olunduğu zaman 18-dən aşağı olub.

XS
SM
MD
LG