Accessibility links

İran Azərbaycanında jurnalist Mənuçehr Ağayi həbsxanaya göndərilib


Mənuçehr Ağayi

“İran İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərməkdə suçlanan jurnalist Mənuçehr Ağayinin həbsxanaya göndərildiyi bildirilir.

Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində fəaliyyət göstərən jurnalist daha əvvəl rejimə qarşı təbliğat fəaliyyəti göstərmək ittihamı ilə 8 ay həbsə məhkum edilmişdi.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, Ağayi məhkum olduğu həbs cəzasını çəkmək üçün çərşənbə günü Miyandab Həbsxanasına göndərilib.

Mənuçehr Ağayinin “Miandoab Press” adlı internet portalı Qərbi Azərbaycan vilayəti və xüsusilə Qoşaçay şəhəri ilə bağlı xəbərlər yayır.

HRA-nın bildirdiyinə görə, jurnalist öz yazıları səbəbilə deyil, digər istifadəçilər tərəfindən onun sosial şəbəkələrdə paylaşdığı yazılar və görüntülər altında yazılan şərhlərdən dolayı rejimə qarşı təbliğatda günahlandırılıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG