Accessibility links

İran Azərbaycanında meşə ağacı qaçaqçılığı artıb


İran Azərbaycanında meşə ağacı qaçaqçılığı artıb

Şərqi Azərbaycan vilayətinin Kəleybər şəhərinin Təbii Sərvətlər İdarəsinin direktoru 120 meşə ağacının qaçaqçılardan müsadirə edildiyini bildirib.

İSNA xəbər agentliyinin məlumatına görə, Qaradağ bölgəsinin meşələrində İdarənin Mühafizə Vahidinin qüvvələri keşik çəkərkən 100-dən çox kəsilmiş meşə ağacına rast gəliblər. Qaçaqçıların bir yük maşını dolu ağacı buraxıb, qaçdıqları bildirilir.

Tasnim xəbər agentliyi Qərbi Azərbaycan vilayətində ağacların kəsilərək İranın mərkəzi vilayətlərinə daşınma məsələsinin bir neçə ildir davam etdiyini yazıb.

Xalq tərəfindən çəkilərək sosial mediada paylaşılan və İran Azərbaycanında son illərdə ağacların kəsilərək İranın mərkəzi şəhərlərinə və İranın Xəzər dənizi sahillərində yerləşən vilayətlərinə daşındığını göstərən video və fotolar ətraf mühit fəallarının narahatlığına və etirazına səbəb olub.

İran Azərbaycanında meşə ağacı qaçaqçılığı artıb
İran Azərbaycanında meşə ağacı qaçaqçılığı artıb

İran parlamentinin Ziraat Komissiyası sədrinin müavini Cəlal Mahmudzadə deyir ki, parlament meşə ağaclarının daşınması və kəsilməsinin qaçaqmalçılığın bir növü kimi qəbul edib və yollarda görünən ağac daşımaqla məşğul olan yük maşınlarının ələ keçirilərək cərimələnməli olduqlarını təsdiqləyib, lakin buna əməl olunmur.

İran mediasında yer alan məlumatda İran Azərbaycanı vilayətlərində qanunsuz ağac qaçaqçılığının artmasına səbəb olaraq parlamentdə 5 il müddətinə İranın Xəzər dənizi sahili bölgələrində ağacların kəsilməsinə qadağa qoyan layihənin təsdiq olunması göstərilir. Parlametdə qəbul edilən bu layihə "Tənəffüs planı" adı ilə həyata keçirilr. Həmin layihə ağac sənayesi fəallarına ağac kəsməyə imkan vermir. Bu, vasitəçilər tərəfindən Şərqi Azərbaycanın Qaradağ meşələrində qanunsuz şəkildə ağacları kəsərək, onları İranın Xəzər dənizi sahillərində və digər mərkəzi vilayətlərdəki kağız fabriklərinə satmaq və beləliklə mənfəət əldə etmək kimi dəyərləndirilir.

İran Azərbaycanının Qaradağ bölgəsində, yəni Əhər, Kəleybər və Vərziqan rayonu kimi zəngin təbiəti ilə böyük meşəliklərə sahib olan bu ərazidə son illərdə qanunsuz ağac qaçaqçılığı artıb və ətraf mühit fəalları bunun davam etdiyi təqdirdə bölgənin ekosisteminə ciddi ziyan verəcəyi barədə xəbərdarlıq edirlər.

Şərhlərə bax

XS
SM
MD
LG