Accessibility links

İran Azərbaycanında siyasi məhbusa məzuniyyət verilmir


İranın məhkəmə orqanları siyasi məhbus olan doktor Lətif Həsəninin müvəqqəti tərxisinə qadağa qoyub.

Bu barədə Az news TV və Günaz TV veb saytları məlumat yayıb.

Prokuror nümayəndəsi ailəsinə qadağanın səbəbini açıqlarkən türk siyasi məhbusun "pis davranış" üzündən müvəqqəti tərxis olunmaqdan məhrum edildiyini iddia edir.

Doktor Lətif Həsəni Təbriz İnqilab Məhkəməsinin 4-cü şöbəsi tərəfindən 9 il həbs cəzasına məhkum edilmiş və indiyədək 6 il yarım müddətinə həbs cəzasını Kərəjdəki Rəcayişəhr həbsxanasının 4-cü hissəsində çəkmişdir.

Güneyli fəal Kərəcdəki Rəcayişəhr həbsxanasındakı digər siyasi məhbuslarla birlikdə iki ildən çox müddət ərzində hüququndan məhrum edilmiş və ağır bir şəraitdə saxlanılır.

Həsəni son dörd ildə hər dörd aydan bir davamlı vəsiqə müqabilində 3-5 günlük tərxis olunurdu, ancaq son 15 ay ərzində siyasi məhbus yalnız bir dəfə müvəqqəti olaraq vəsiqə qarşılığında azadlığa buraxılıb.

İran İnqilab Məhkəməsi 2013-cü ildə Yeni GAMOH təşkilatının liderləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr, Behbud Quluzadə və təşkilatın rəhbəri doktor Lətif Həsənini “qeyri-qanuni təşkilat qurmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham edərək hər birini 9 il həbsə məhkum etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG