Accessibility links

İran Azərbaycanında zəlzələdə 7 nəfər həyatını itirib


Ötən cümə günü İran vaxtı ilə saat 2.17-də Şərqi Azərbaycan vilayətinin Tərk şəhərində 5.9 bal gücündə zəlzələ baş verib.

IRNA xəbər agentliyinin məlumatına istinadən, Şərqi Azərbaycan vilayətinin Miyana və Sarab rayonunlarının kəndlərində 2300 evə zərər dəyib.

Zəlzələ Qərbi Azərbaycan, Ərdəbil və Zəngan vilayətlərində də hiss olunub. Tərk şəhəri İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunda yerləşir.

Şərqi Azərbaycan vilayətinin Fövqəladə Vəziyyətlərdə İdarəetmə İdarəsi direktoru Sarab rayonunun Şalqun kəndində zəlzələ baş verən ərazilərdə qurulan çadırlarda kömürdən istifadənin nəticəsində bir ər-arvadın öldüyünü bildirib.

Miyana rayonunun cümə imamı Təsnim xəbər agentliyinə bildirib ki, havanın bu soyuq durumunda "xalqı çadırlarda yerliçdırmək mümkün deyil". O, dövlətdən zəlzələ bölgələrində zərər çəkmiş insanlar üçün uyğun məskunlaşma şəraitinin və isitmə sistemlərinin yaradılmasını istəyib.

Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin rəsmi Twitter hesabından İranda baş verən zəlzələdə həyatını itirənlərin yaxınlarına başsağlığı verib köməklik etməyə hazırlığını bildirib.

Türk dilində "Kömür" filminin rejissoru İsmayıl Münsif isə Çərşənbə günü noyabrın 13-də satılan biletlərdən əldə olunan pulun zəlzələ nəticəsində maddi zərər çəkmiş insanlara yardım üçün ayrılacağını bildirib.

XS
SM
MD
LG