Accessibility links

İran Azərbaycanından olan fəalların İranın Ukrayna təyyarəsini vurmasına reaksiyaları


İranda vurulan Ukrayna sərnişin təyyarəsinin qalıqları
İranda vurulan Ukrayna sərnişin təyyarəsinin qalıqları

İran rəsmiləri Ukrayna sərnişin təyyarəsini səhvən raketlə vurduğunu etiraf etməsi sosial mediada xalq tərəfindən tənqidi reaksiayla qarşılanıb. İran İslam Respublikasının prezidenti Həsən Ruhani öz Twitter hesabında yazıb ki, 176 günahsız insanın ölümünə səbəb olan raket "insan xətası" nəticəsində atılan. Bu etiraf İslam Respublikasının bir neçə gün boyunca təyyarəni vurduğunu inkar etməsindən sonra gəlib.

Güneyli fəallar İran hakimiyyətinin Ukrayna təyyarəsinin raket ilə vurulmasını açıqlmasına tənqidi reaksiylar veriblər.

ABŞ-ın Sietl şəhərində qərargahlanan fəal Babək Çələbiyanlı öz Twitter hesabında "İnternet dövründə yalan danışmaq o qədər də rahat deyil. Ukrayna sərnişin təyyarəsini hava müdafiə sistemi ilə hədəf alaraq vurulmasına görə Silahlı Qüvvələrin baş komandanı olan Ayətullah Xameneyi birbaşa cavabdehdir və o üzr istəməlidir" yazıb.

Azərbaycan Mərkəz Partiyasının rəhbəri Saleh Kamrani isə, öz Facebook səhifəsində yazıb ki, "60-cı illərin texnologiyasına aid olan raket sistemindən istifadə etməyə layiq olmayan bir hökumət sözdə səhvən 176 günahsız insanı asanlıqla qətl edirsə bir gün necə olar ki nüvə və qeyri-nüvə silahlarına sahib olsun?" O həmçinin "belə məsuliyyətsiz hökumətin" əlində bu miqdarda raket və kütləvi qırğın silahların olması ölkə xalqı, bölgə və dünyanın təhlükəsizliyi üçün bir təhdid olub-olmadığını sual edib.

Tehranda gərargahlanan güneyli fəal Həsən Raşidi də məsələyə münasibət bildirib. "Dünənə kimi min bir dəlil ilə deyirdilər 'Ukrayna təyyarəsi texniki qüsur ilə düşüb və raket ilə heç zaman düşürülməsinə imkan yoxdur'. Bu gün həqiqəti deməyə məcbur oldular. Məgər əvvəldən bilmirdilər bu təyyarəni (hər səbəbdən dolayı) özləri vurub düşürüblər? Daha hansı sözlərinə inanmaq olar?" -deyə ​Raşidi öz Twitter səhifəsində yazıb.

İran Azərbaycanının Miyana şəhərindən olan fəal Ruzbeh Səadəti isə "Əgər iddia edirsinizsə ki, müharibə vəziyyəti idi, düşmənin hücum etmə ehtimalı vardı və Ukrayna sərnişin təyyarəsini kruiz raketi ilə səhv salmışdınız, o zaman nədən bütün sərnişin təyyarələrin qalxmasını ləğv etmədiniz? Niyə iddia etdiyiniz intiqamınızdan əvvəl, sonra və eyni zamanda heç bir xəbərdarlıq verilmədi?" - deyə, sual edib.

Türkiyədə gərargahlanan siyasi araşdırmaçı Arif Kəskin də öz Twitter hesabında reaksiya verib. O, "əlindəki raketlə ya bilərək məsuliyyətsizcə ya da bacarıqsızlıqla səhvən 180 günahsız insanın ölümünə səbəb olan bir ordunun əlində nüvə silahı olmasını istəyirsinizmi? Bu cinayət İranın silahlanma və nüvə silahı əldə etmə ehtirasının necə vəhim nəticə yaradabiləcəyinin bir sübutudur" - deyə, öz Twitter hesabında yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG