Accessibility links

İran Azərbaycanında türkcə nəşriyyatın problemləri


İran Azərbaycanında türkcə dərgi və kitab sahəsində fəaliyyət göstərən mədəni fəallar son zamanlar dövlətin senzura və nəzarət maneələri ilə yanaşı ağır iqtisadi şəraitin təsirləri ilə üzləşirlər. Bunlara baxmayraq son illərdə türkcə oxucuların sayında artım müşahidə olunur, çünki türkcə dərgilərin və kitabların da sayı eyni dərəcədə artmaqdadır.

Ekspertlər İran Azərbaycanında nəşriyyatın problemlərini şərh edir
please wait

No media source currently available

0:00 0:10:28 0:00

Güneydə fəaliyyət göstərən mədəni fəallar Əmin Cövdət və Milad Balesini Amerikanın Səsi ilə söhbətdə İrandakı təcrübələrini, yazarlar və naşirlərin üzləşdikləri manelər və çətinlikləri paylaşıblar.

Son zamanlarda uşaq ədəbiyyatı sahəsində İxtisaslaşmış şəkildə çalışan nəşriyyatlarımız təsis olunur.

“İran Azərbaycanında çap olan türkcə kitablar ümumiyyətdə Azərbaycan Republikasında nəşr olan kitabların ərəb əlifbasına köçürülmüş variantlarıdır. Bir sıra əsərlər isə Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşıdırılıb. Ancaq köçürülmüş kitabların 90 faizi şeir və ədəbi nəsrdən ibarətdir,” Əmin Cövdət bildirir.

Kitab nəşri ilə məşğul olan Cövdət son illərdə İran Azərbaycanında türkcə kitab nəşrində inkişaf müşahidə olunduğunu ifadə edərək türkcə əsərlərin oxucu sayının da çoxaldığını qeyd edib.

“Naşirlər və yazarlarımızın İran, Türkiyə və Azərbaycan Respublikası və habelə dünya səviyyəsində çağdaş ədəbiyyatla tanışdıqları üçün həm şeirimiz və həm nəsrimizin forması və möhtəvası baxımından keyfiyyət baxımdan təkamül edib.”

Əmin Cövdət
Əmin Cövdət

Əmin Cövdət son illərdə internet və sərhədlərin açıq olmasının Türkiyə və Azərbaycan respublikasının qaynaqlarından faydalanaraq o ölkələrdə çap olunan əsərləri ərəb əlifbasına köçürərək İran Azərbaycanında yayımlanmasında böyük təsiri olduğunu qeyd edib.

“Son zamanlarda uşaq ədəbiyyatı sahəsində İxtisaslaşmış şəkildə çalışan nəşriyyatlarımız təsis olunur və bunlar uşaqlar üçün ixstisaslanmış şəkildə türkcə kitablar nəşr edirlər.”

“Təlif baxımdan İran Azərbaycanından çap olan əsərlərə baxdığımızda, Eyvaz Tahanın Şeir varlığın evidir, Himmət Şəhbazinin farsca yazılmış Azərbaycan çağdaş şeirinin tənqidi, Məhəmməd Rəhmanifərin Şəhriyarla Birlikdə - özgələşməkdən özləşməyə doğru, Nasir Mənzurinin farsca yazılmış şifahi kətibələr sıra 10 cildlik məfhumi dilçilik kitabları üzə çıxır.

Senzorların məqsədi budur ki, yazdığımız dil danışdığımız dilə oxşasın. Beləliklə biz meyar ədəb türkcədən uzaqlaşıb küçə bazar danışıq dilinin qucağına düşmüş oluruq.

Şeir sahəsində İsmail Ülkərin Buyur Addım At kitabı, Məhəmmədrza Ləvayinin şeir topluları, Vali Gözətənin kitabı, Saleh Ətayinin Bəlkə daha deyəmmədim və Nadir Əzhərinin Bu mənəm Çirkinlərin Ən Böyüyü və Nigar Xiyavinin Əlimdə Əlli Barmaq kimi əsərləri və 90-cı onillikdə gənc şairlərin çıxardıqları şeir məcmuələri güneydə ədəbiyyatımızın inkişafında bəlli rollar oynayıb, deyə mədəni fəal müşahidə edir.

Milad Balesini İran Azərbaycanında üniversitetdə təhsil aldığı dönəmdə “Elin” adlı tələbə dərgisinin baş redaktoru olduğu zamandan İranda türkcə dərgi sahəsində çalışmaq sahəsində təcrübələrini paylaşıb.

“70-ci illərdən bəri ümumiyyətcə bir qrup elitlə üzləşirik ki, türkcə dərgilərin vasitəsilə türkçülüyü solçuluqdan ayırıb və yaxud solçuluğun təsirindən uzaqlaşdırmaq istəyirdilər. Bu gün isə meyar dediyimiz türkcənin toxumunu sözü gedən dərgilər o illərdə əkiblər.”

Balesiniyə görə, bu gün keçmişlə müqayisədə İranda və ümumiyyətlə, Yaxın Şərqdə dərgilər məzmun və forma baxımından zəifləyib.

Milad Balesini
Milad Balesini

İranda dərgilərə senzura və monitorinq işlərinin tətbiq olunması ilə bağlı Balesini farsca və türkcə dərgiləri arasında fərq olduğunu qeyd edir.

“Farsca dərgilərində sadəcə məzmun baxımdan senzura və monitorinq tətbiq olunur. Amma türkcə-farsca dərgilərə məzmun baxımdan senzura və monitorinqdən əlavə həm də dil baxımdan nəzarət olunur. Senzorların məqsədi budur ki, yazdığımız dil danışdığımız dilə oxşasın. Beləliklə biz meyar ədəb türkcədən uzaqlaşıb küçə-bazar danışıq dilinin qucağına düşmüş oluruq. Bu dildə düşüncədən heç bir əsər yoxdur, çünki danışıq dili gündəlik məsələlərlə ziddiyət təşkil edir.”

Balesinin dediyinə görə, İranda senzorların ərəb alifbası ilə yazılan türkcə yazılar üçün “qondarma ortoqrafiya” qayda quralları təyin edirlər və 2001-ci ildə təyn edilmiş ortoqrafiyanın istifadə olunmasını istəmirlər. Tehran şəhərində Dr. Cavad Heyətin rəhbərliyi üzrə 2001-ci il sentyabr ayında seminarlar nəticəsində türkcəni ərəb əlifbası ilə yazmaq üçün vahid ortoqrafiya yazı qayda qaydaları müəyyən edilmişdir.

Əmin Cövdət İran Azərbaycanında türkcə kitab nəşrinin çətinlikləri və yazarlar və naşirlərin üzləşdiyi maneləri haqqında məlumat verib. “iqtisadi çətinliklər, senzura maneləri, nəşr prosesinin çətinliyi və çap olan kitabların yayımlanması və oxucunun əlinə çatması yazarlar və naşirlərin üzləşdikləri çətinliklər və manelər kimi saymaq mümkündür.”

O, əlavə edib ki, “türkcə nəşr bazarı bir sıra kitab dəllalarının əlinə keçibdir. Bu amillərin hamısı bir araya gələrək güneydə türkcə kitab nəşrinin durumunu gərgin bir vəziyyətdə gətirib çatdırıbdır.”

Cövdət bəy İranda türkcə kitablara monitorinq və senzura haqqında deyib ki “senzura bizim ölkədə həmişə olubdur və bunun hələdə davam edəcəyi nəzərdə tutulur.”

“Demokratik ölkələrdə heçvaxt senzura və lisenziya kimi manelər müəllif və naşirin qarşısında dikəlməyibdir. Ama burda bizim çoxlu enerjimizi alıb stresimizi artıran problemlərin biri senzura məsələsidir.”

O bildirib ki, türk dili və tarixi haqqında heç məlumatı olmayan şəxslər türkcə ortoqrafiyası və bir çox məsələ üzərində nəzarət edirlər. Cövdət bəyin ifadələrinə görə, son zamanlarda “Sözlərin Vahid Yazılışı” adlı kitab yayımlanaraq hakimiyyətin istədiyi orfoqrafiya yazı qaydaları təyin edilib.

Milad Balesinin sözlərinə görə dil kimlik və milli məsələ ilə bağlı mövzülar hakimiyyətə qırmızı xətt kimi görünür və belə mövzülardan söz açmaq dərgilərin qapadılması ilə nəticələnir. “Şəms-i Nigar adlı dərgi Salmas şəhərinin milli hökümət dövründəki Azərbaycan milli məclisinin nümayəndəsi olan Əhməd Bəradəranla firqə dönəmindən xatirələrini yayımlamaq üçün bağladılar.”

O tələbə dərgilərinin üzərində olan basqıların daha çox olduğunu qeyd edərək deyib ki, “Ən kiçik məsələlərdən dolayı üniversitet məsulları dərgiləri qapadıb həmin dərgilərdə çalışan tələbələri isə cəzalandırırlar.”

“Məsələn bizim üniversitetdə Elin adlı dərgidə ardıcıl olaraq milli məsələdən yazdığımız üçün dərgini bağladılar və məndə dərginin baş redaktoru olduğum üçün bir dönəm təhsil almaqdan məhrum edildim. Dərgilərdə milli dövlətçiliyimizlə əlaqədar hər hansı bir mövzünün çap olunması senzuraçıları rahatsız edir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG