Accessibility links

İran BƏƏ ilə növbəti gərginlik yaşandığını xəbər verir


İran bu həftənin əvvəlində su sərhədlərini pozduğuna görə Birləşmiş Ərəb Əmirliklərinin bir gəmisini ələ keçirdiyini və eyni gündə BƏƏ-nin sahil mühafizəçilərinin iki İran balıqçısını öldürdüyünü xəbər verir.

BƏƏ-nin keçən həftə İsraillə münabibətləri normallaşdırmağa razı olmasını elan etməsi fonunda İranın Xarici İşlər Nazirliyi avqustun 20-də körfəz ölkələri arasındakı gərginliyin artdığını bildirib.

İran dövlət televiziyası nazirlikdən verilən açıqlamaya əsasən xəbər verib ki,"bazar ertəsi Əmirliyin gəmisi İranın sərhədçiləri tərəfindən ələ keçirilib və onun ekipajı ölkəmizin sularında qeyri-qanuni hərəkət etdiyinə görə həbs olunub".

"Elə həmin gün BƏƏ sahil mühafizəçiləri iki İran balıqçısını güllələyib və bir qayığı ələ keçiribiər" - deyə, nazir bildirib.

Əmirlik rəsmiləri hələ ki, hadisə ilə əlaqədar şərh verməyib.

BƏƏ-nin WAM dövlət xəbər agentliyi isə avqustun 17-də xəbər yayaraq bildirib ki, sahil mühafizəçiləri ölkənin ərazi sularını pozan balıqçı gəmilərini dayandırmağa çalışıblar. Lakin itki barədə heç bir məlumat verilməyib.

İsrail və BƏƏ avqustun 13-də ABŞ-ın vasitəçiliyi ilə tam diplomatik münasibətlər qurduqlarını, və bu sövdələşməyə həmçinin İsrailin işğal etdiyi İordan çayının qərb sahilinin bəzi hissələrini ilhaq etmək üçün mübahisəli planlarını dayandırmaq vədləri verdiyini açıqlayıb.

İran sazişi pisləyib və prezident Həsən Ruhani bunu "böyük səhv" adlandırıb.

İran bunu BƏƏ tərfindən "təhdid" kimi qiymətləndirərərk avqustun 16-da İranın Əbu Dabidəki müvəqqəti işlər vəkilini geri çağırıb.

Növbəti gün açıqlama verən BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş normallaşmaya dair razılaşmanın "suveren qərar" olduğunu və bunun İrana yönəlmiş təhdid olmadığını bildirib.

XS
SM
MD
LG