Accessibility links

İran: Britaniya tankeri Bəndər Abbasa aparılıb


This undated handout photograph shows the Stena Impero, a British-flagged vessel owned by Stena Bulk, at an undisclosed location, obtained by Reuters, July 19, 2019.
This undated handout photograph shows the Stena Impero, a British-flagged vessel owned by Stena Bulk, at an undisclosed location, obtained by Reuters, July 19, 2019.

İranın Fars xəbər agentliyinin şənbə verdiyi məlumata görə, İran Hörmüz boğazında ələ keçirdiyi Britaniyaya məxsus neft tankerini Bəndər Abbas limanına aparıb və gəmi ilə bağlı istintaq aparılanadək tanker və onun ekpiaj üzvləri limanda saxlanacaq.

Xəbər agentliyiHörmüzgan vilayətində Limanlar və Dəniz Təşkilatının rəhbəri Allahmurad Afifipura istinadən bildirib ki, Stena Impero İranın balıqçı qayığı ilə toqquşub və o qayığın xəbərdarlıqlarına əhəmiyyət verməyib.

Gəmi İranın cənubi sahilində yerləşən Bəndər Abbas limanına aparılıb.

Ceremi Hant
Ceremi Hant

“23 ekipaj üzvü istintaq başa çatanadək gəmidə qalacaq”, Afifipur deyib. Ekipaj üzvləri arasında 18 hindistanlı və beş digər millətə mənsub insanlar var.

Tankeri idarə edən Stena Balk cümə günü deyib ki, gəmi “bütün naviqasiyas və beynəlxalq nizamnamələrə riayət edib”, lakin gəmi artıq ekpiajın nəzarətində deyil və onlarda əlaqə qurmaq mümkün deyil.

Britaniyanın xarici işlər naziri Ceremi Hant şənbə bildirib ki, o, İran cümə günü Britaniyaya məxsus tankeri ələ keçirəndən sonra Tehranın “təhlükəli yolda” irəlilədiyindən narahatdır.

“Dünən İran körfəzində baş verənlər Cəbəllütariqdə Suriyaya aparılan neftin QANUNİ ələ keçirilməsindən sonra İranın qeyri-qanuni və sabitliyi pozan əməllər etmək kimi təhlükəli yol seçdiyinə işarədir”, Hant Twitter hesabında yazıb.

“Dünən dediyim kimi, bizim reaksiyamız güclü olacaq. Biz Grace1 məsələsini həll etməyin yolunu axtarırdıq, amma gəmilərimizin təhlükəsizliyini də təmin edəcəyik”, o bildirib.

Grace 1
Grace 1

Bundan əlavə İranın Britanaiyaya məxsus neft tanketini ələ keçirməsindən sonra London şənbə günü Britaniya gəmilərinə “müvəqqəti olaraq” Hörmüz boğazını yan keçməyə çağırıb.

"Biz İranın qəbuledilməz davranışlarından narahatıq. Onun davranışları beynəlxalq naviqasiya azadlığına açıq təhlükə yaradır," hökümətin COBRA fövqəladə hallar komitələrinin bphranla bağlı müzakirələrindən sonra hökümət sözçüsü bildirib.

“Biz Britaniya Krallığına aid gəmilərinə müvəqqəti olaraq ərazidən uzaq durmağı məsləhət görmüşük”, o əlavə edib.

XS
SM
MD
LG