Accessibility links

İran COVID-19-un Delta versiyasının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq edir 


İranda koronavirusla əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir. Sürətlə artan Delta versiyasına yoluxmalar ölkədə yeni bir dalğanın yaşanması qorxusu yaradır.

Rəsmilər 4 iyul tarixində Tehran da daxil olmaqla, 275 şəhərdə həyati əhəmiyyətli bizneslərdan başqa hamısnın bağlanaması əmrini verib.

Ölkədəki qırmızı və narıncı zona olaraq işarələnən COVID-19-a yoluxmaların yüksək risk təşkil etdiyi bələdiyyə ərazisindəki ictimai parklar, restoranlar, gözəllik salonları, ticarət mərkəzləri və kitab mağazalarının fəaliyyəti dayandırılır.

Yeni məhdudiyyətlər prezident Həsən Ruhaninin 3 iyulda ölkənin bir daha koronavirusa yoluxma dalğası ilə qarşılaşa biləcəyi barədə xəbərdarlığından sonra tətbiq edilib.

"Ölkədə beşinci dəfə yoluxma dalğasının yaşanması qorxusu var" deyən Ruhani koronavirusla mübarizə qrupunun iclasında bildirib ki, Delta versiyası ölkəyə cənubdan və cənub-şərqdən daxil olmağa başlayıb.

Son həftələrdə yoluxmalarda artım müşahidə olunub. İyunun ortasından indiyə qədər yoluxmalarda iki qat artım qeydə alınıb.

İran Yaxın Şərq ölkələri arasında pandemiyadan ən çox zərər görmüş ölkədir.

Rəsmi məlumatlara əsasən, ölkədə ümumilikdə 3,2 milyon yoluxma və 84 mindən çox ölüm halı qeydə alınıb. Lakin real rəqəmlərin daha çox olduğuna inanılır.

Ölkədə vaksinasiyanın yavaş getməsi yoluxmaları artır. Mətbuatın məlumatına görə, dörd iyul tarixində bir çox iranlı peyvənd vurdurmaq üçün Ermənistana gedib.

Ölkənin Səhiyyə Nazirliyi təxminən 4,5 milyon insanın COVID-19 əlehinə vaksinin ən azı bir dozasını vurdurduğunu və yalnız iki milyon insanın hər iki dozanı vurdurduğunu bildirir.

Rəsmilər vəziyyətin yaxın həftələrdə yaxşılaşacağını vəd edir.

_

XS
SM
MD
LG