Accessibility links

İran dövlət mediası seçici fəallığının yüksək olduğunu iddia edir


İranda parlament seçkisi
İranda parlament seçkisi

İranın dövlət mediası cümə günü ölkədə keçirilən parlament seçkilərində seçici fəallığının yüksək olduğunu iddia edir, baxmayaraq ki, vətəndaş jurnalistlərin sosial mediada yerləşdirdikləri çox sayda videolarda seçki məntəqələrinin boş olduğu göstərilib.

İranın dövlət televiziyasında cümə günü səsvermə səhər saat 8-də başlayandan bir müddət sonra Tehranda bir seçki məntəqəsinə böyük izdihamın gəldiyi göstərilib.

İranda parlament seçkisi
İranda parlament seçkisi

Ali ruhani Ayətullah Əli Xamenei bir neçə gün öncə İran Azərbaycanına səfəri zamanı iranlıları səsvermədə iştirak etməyə çağırıb, çünki o bunun “onların dini borcu” olduqlarını deyib.

Ölkə boyu məscidlərdə əlli beş min seçki məntəqəsi quraşdırılıb. 290 yerlik parlamentə liberal namizədlərin çoxu ölkənin Ekspertlər Məsclisi tərəfindən diskvalifikasiya olunub.

Keşikçi Şurası əksəriyyətinin islahatçılar və mötədillər olan 7 mindən çox namizədi seçkidən uzaqlaşdırıb. Bu isə seçkidə mühafizəkarlara üstünlük qazandırıb.

58 milyon iranlı seçkidə iştirak etmək hüququna sahibdir. Bu, 41 il öncə baş verən İslam İnqilabından bəri ölkədə keçirilən 11-ci parlament seçkisi idi.

İranda parlament seçkisi
İranda parlament seçkisi

Xameneini dəstəkləyən mühafizəkar fraksiyanın parlamentdə çoxluğu əldə edəcəyi gözlənilir. Bu isə prezident Həsən Ruhaniyə mənfi təsir göstərə bilər. Ruhaninin Qərblə əməkdaşlıq etmək istəyi mühafizəkarlar tərəfindən qınanıb.

İranın sabiq prezidenti Əbubhəsən Bani Sədr Amerikanın Səsinə deyib ki, belə görünür iranlılar müxalifət liderlərinin parlament seçkilərini boykot etmək çağırışlarına əməl edir. O deyib ki, onun aldığı məlumatlara əsasən boykot genişmiqyaslıdır və çox sayda insan ABŞ prezidenti Donald Trampın xaricdən tətbiq etdiyi iqtisadi təzyiqi hökümətə qarşı ölkədaxili təzyiqlə birləşdirməyə çalışır.

Seçkinin ilkin nəticələrinin şənbə günü açıqlanacağı gözlənilir.

XS
SM
MD
LG