İran cümə günü Birləşmiş Ştatların hərbi gəmisinin Hörmüz boğazında İrana məxsus pilotsuz təyyarəni məhv etdiyi barədə xəbəri təkzib edərək, heç bir dronunu itirmədiyini bildirib.
Bu barədə məlumatı özünün Twitter səhifəsində paylaşan İranın xarici işlər nazirinin müavini Abbas Araqçı Birləşmiş Ştatların hərbi gəmisinin səhvən öz pilotsuz təyyarəsini vurmasından “narahat” olduğunu yazıb.
Gəminin və ekipajın təhlükəsizliyni təmin etmək üçün obyektə qarşı müdafiə ölçüsünə əl atılıb.Pentaqon
Prezident Donald Tramp Birləşmiş Ştatların dəfələrlə xəbərdarlığa baxmayaraq, cümə axşamı USS Boxer hərbi gəmisini təhdid edən İran dronunu məhv etdiyini bildirib.
“Dron dərhal məhv edilib,” Tramp deyib. “Bu, İranın beynəlxalq sularda hərəkət edən gəmilərə qarşı çox sayda təxribat mahiyyətli və hədələyici hərəkətlərindən biridir. Birləşmiş Ştatlar öz heyətimizi, obyektlərimizi və maraqlarımızı qorumaq hüququnu özündə saxlayır.”
Tramp bunun son zamanlar İranın beynəlxalq sularda fəaliyyət göstərən gəmilərə qarşı təxribat və düşmən hərəkətlərinə qarşı olduğunu deyib.
Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərifin də bildirdiyinə görə, İrana məxsus dronun məhv edildiyi barədə xəbər almayıb.
İran keçən ay ona məxsus hava məkanına girdiyini deyərək, Birləşmiş Ştatlar dronunu vurub. Birləşmiş Ştatlar isə dronunun beynəlxalq sular üzərində uçduğunu iddia edir.
ABŞ Müdafiə Naziriyliinin yaydığı bəyanatda bildirilir ki, USS Boxer boğazdan keçərkən qanadlı pilotsuz hava sistemi ona “hədələyici məsafədə” yaxınlaşıb.
“Gəminin və ekipajın təhlükəsizliyni təmin etmək üçün obyektə qarşı müdafiə ölçüsünə əl atılıb,” deyə məlumatda bildirilir.
Cümə axşamı baş verən insident ABŞ-la İran arasında gərginliklərin artdığı vaxta təsadüf edir.
ABŞ-ın İranla nüvə anlaşmasını tərk etməsinin ardınca Tehrana tətbiq olunan sanksiyalar İslam Respublikasının iqtisadiyyatına ağır zərbə vurub.