Accessibility links

İran: Etirazlara ciddi müqavimət göstəriləcək


İranda Kazerunda etirazlar
İranda Kazerunda etirazlar

"İran təhlükəsizlik qüvvələri Birləşmiş Ştatlar və başqa düşmənlər tərəfindən istifadə edilə biləcək hər hansı iğtişaşa “qəti şəkildə müqavimət” göstərəcək." Bu açıqlamanı bazar günü ölkədə iqtisadi durumla əlaqədar keçirilmiş etiraz nümayişlərinin ardınca İranın Ədliyyə nazirliyinin sözçüsü Qulamhüseyn Möhseni Eceyi bildirib.

Vaşinqtonun İran və dünya qüdrətləri arasında imzalanmış nüvə sazişindən çıxmasını elan etməsindən sonra ABŞ sanksiyalarının yenidən tətbiq edilməsi İranda müəllimlər və yük maşını sürücüləri də daxil olmaqla, müxtəlif qruplar tərəfindən son həftələr etirazların keçirilməsinə gətirib çıxarıb.

May ayın əvvəli ölkənin cənubundakı Kazerun şəhərində etirazçıların polis idarəsini yandırması nəticəsində iki nəfər həyatını itirib.

Tehran universitetinin tələbələrinin 2017-ci ilin dekabrında keçirdiyi nümayişdən görüntü
Tehran universitetinin tələbələrinin 2017-ci ilin dekabrında keçirdiyi nümayişdən görüntü

İranın iqtidarda olan dini rəhbərliyi keçən ilin dekabr ayında ölkənin 80 şəhərində yoxsul həyat səviyyəsinə etiraz olaraq şiə müsəlman dini liderlərin istefası tələbilə keçirilmiş nümayişlərin təkrar olmasına yol verməməyə çalışır.

"Ədliyyə və təhlükəsizlik qurumları ölkənin təhlükəsizliyinə hədə törədən hər hansı qrup və ya şəxsə ciddi şəkildə müqavimət göstərəcək”, Ədliyyə nazirliyinin sözçüsü Qulamhüseyn Möhseni Eceyi bildirib.

“Bu günlər amerikalılar və sionistlər o qədər ümidsizdirlər ki, nifrət doğuran şəxslər və terrorçulara üz tuturlar”, o əlavə edib.

İranın Ədliyyə nazirliyinin sözçüsü Qulamhüseyn Möhseni Eceyi
İranın Ədliyyə nazirliyinin sözçüsü Qulamhüseyn Möhseni Eceyi

İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatların mayın 8-də nüvə sazişindən çıxdığını elan etməsindən sonra xalqı neftdən asılı iqtisadiyyatın sanksiyalara tab gətirə biləcəyinə əmin edib.

ABŞ prezidenti Donald Tramp Tehrana qarşı ən sərt iqtisadi sanksiyaların tətbiq ediləcəyini bildirib.

Sazişə imza atmış Avropa ölkələri sənədin qüvvədə qalmasına və İranla ticarət əlaqələrinin qorunmasına çalışır.

XS
SM
MD
LG