Accessibility links

İran gəmisi Azərbaycan sularında qəzaya uğrayıb


Gəmi qəzası
Gəmi qəzası

İyulun 26-da Azərbaycanın Lənkəran limanı yaxınlığında (Bakıdan 272 kilometr cənub, Astaradan 30 kilometr məsafədə) qəzaya uğrayan İran bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisinin 9 nəfər şəxsi heyəti Fövqəladə Hallar Nazirliynin helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilib.

Bu barədə Dövlət Dəniz Agentliyi məlumat yayıb.

Bir qədər əvvəl İran gəmisnin qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.

Gəminin qəzaya uğramasının səbəbələri, qəzanın nəticələri barədə geniş məlumat verilmir.

İranın Azərbaycandakı Səfirliynin mətbuat xidmətindən bildiriblər ki, qəza ilə bağlı səfirlik hələ məlumat ala bilməyib..

“Gəmi Azərbaycan sularında qəzaya uğrayıb. Hələ bizə ətraflı məlumat verilməyib. Bildiriblər ki, gəmi batır,” mətbuat xidmətindən deyiblər.

“Şəbahəng” quru-yük gəmisi 1993-cü ildən istifadədir. Uzunluğu 57,54 metr, eni 9 metrdir. Gəminin ümumi yük tutumu 599 tondur.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG