Accessibility links

İran generalı: Britaniya İran tankerini azad etməsə, İran Britaniya tankerini ələ keçirəcək


İran İslam Qvardiyasının sabiq lideri Mohsen Rezayi bildirib ki, İran tankerinin ələ keçirilməsinə cavab olaraq, Britaniyanın neft tankeri tutulacaq.

Rezayi bu şərhi tvitter hesabında yazıb.

“Əgər Britaniya İran tankerini azad etməsə, İran bunun cavabında Britaniya tankerini ələ keçirəcək,” o bildirib.

Rezayi İnqilab Qvardiyasına 1980-ci illərin “tanker müharibəsi” dövründə rəhbərlik edib. Həmin vaxt ABŞ və onun ərəb müttəfiqlərinin neft tankerləri hədəf alınırdı.

Daha əvvəl İranın Xarici İşlər Nazirliyi tankerin azad edilməsini tələb etmişdi.

Britaniya ərazisi olan Cəbəllütariqdə Avropa Birliyinin sanksiyalarını pozaraq Suriyaya xam neft nəqlində şübhəli bilinən İran tankeri ələ keçirilib.

Amerika Birləşmiş Ştatlarının tankerin ələ keçirilməsini tələb etdiyini təsdiq etməyib, amma milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton ABŞ və onun müttəfiqlərinin Suriyanı və İranı "bu qanunsuz ticarətdən mənfəət əldə edilməsinə" mane olmaqda davam edəcəklərini söyləyib.

Cəbəllütariq səlahiyyətliləri iyulun 4-də Britaniya Kral Dəniz Qüvvələrinin dəstəyi ilə Cəbəllütariqdən dörd kilometrlik məsafədə Aralıq dənizinin İngiltərə və İspaniyaya aid sularda “1 Grace” tankerini ələ keçirib.

İran Böyük Britaniyanın Tehrandakı səfirini çağıraraq “mülkiyyətinin qeyri-qanuni ələ keçirildiyini və bunun qəbuledilməz olduğu ilə bağlı sərt etirazını" bildirib.

İran Suriya prezidenti Bəşər Əsədin onu devirməyə çalışan çox saylı üsyançı qüvvəyə qarşı mübarizəsini dayandırmaq səylərini dəstəkləyir.

Avropa İttifaqı və ABŞ Suriyaya sanksiyalar tətbiq edib. ABŞ 2015-ci il nüvə razılaşmasından çıxdıqdan sonra prezident Donald Tramp İranın neft ixracına sanksiya tətbiq edib.

Son zamanlar Fars körfəzinin Hörmüz boğazı yaxınlığında neft tankerləri sirli bir şəkildə hədəf alınır. Bu hücumlara görə İran günahlandırılsa da, Tehran bu ittihamları rədd edir.

Ötən ay İran ABŞ dronunu vurmuşdu.

Bu gün cümə namazı zamanı İranın ali ruhani liderinin müşaviri, Ayətulla Movahedi Kermani deyib ki, hücumdan sonra ABŞ-ın İrana hücum etməməsinin səbəbi İranın ballistik raket arselaından çəkinməsidir.

"İran minlərlə kilometrlik yüksəklikdə gizlicə dronu vurursa, dənizdə təyyarədaşıyan gəminin vurulması nə qədər asan ola bilər?” o sual edib.

XS
SM
MD
LG