Accessibility links

İran generalı: Tehran “Böyük Şeytan”-la danışıqlara getməyəcək


İranın ən güclü hərbi bölməsinin başçısı Birləşmiş Ştatlar prezidenti Donald Trampın İran liderləri ilə birbaşa danışıqlar təklifini rədd edərək, Tehranın “böyük şeytan” adlandırdığı ölkə ilə heç bir danışıqlara getməyəcəyini deyib.

İran İslam İnqilabı Keşikçiləri Hərbi Korpusunun baş komandiri Məhəmməd Əli Cəfəri Ağ Evdə mətbuat konfransı zamanı İranın nüvə proqramı ilə əlaqədar İran liderləri ilə birbaşa danışıqlara hazır olduğunu detən prezident Trampa cavab verən ilk yüksək səviyyəli şəxsdir.

Təhlilçilər yaxın vaxtlarda Tramp-Ruhani görüşünün olacağını proqnozlaşdırmırlar.

İran liderlərinin ona sərt cavabına baxmayaraq, Floridada tərəfdaşları ilə görüşü zamanı prezident Tramp İranın danışıqlara razı ola biləcəyini deyib.

“İranın nüvə razılaşması dəhşətli bir tamaşadır. Hazırda İran ağır vəziyyətdə olduğu üçün bu təklifi qəbul edəcəyinə ümid edirəm. Mən hər şeyin yaxşı olacağına və onların yaxın zamanda danışıqlara razı olacaqlarına ümid edirəm,” deyə prezident Tramp bildirib.

Çərşənbə axşamı Birləşmiş Ştatlar rəsmiləri bildirib ki, dövlət katibi Mayk Pompeo bu həftə Sinqapurda keçiriləcək beynəlxalq toplantı zamanı iranlı həmkarı ilə görüşməyəcək.

ABŞ dövlət katibi Mayk Pompeo
ABŞ dövlət katibi Mayk Pompeo

CNBC telekanalına müsahibə verən ABŞ dövlət katibi deyib ki, Tramp iranlılarla masa arxasına yalnız o şərtlə otura bilər ki, islam respublikası "şər əməllərindən" əl çəksin və əslində nüvə proliferasiyasının qarşısını alacaq anlaşmaya razı olsun.

Təhlilçilər yaxın vaxtlarda Tramp-Ruhani görüşünün olacağını proqnozlaşdırmırlar.

XS
SM
MD
LG