Accessibility links

İran həbsxanalarında aclıq aksiyası keçirən milli fəalların aksiyası sona çatıb


İranda aclıq aksiyası keçirən milli fəallar istəklərini əldə etdikdən sonra aksiyalarını dayandırıblar.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanının Ərdəbil həbsxanasında və Tehranın Evin həbsxanalarında aclıq aksiyası keçirən milli fəalların aksiyası sona çatıb.

Yanvarın 14-dən bəri Ərdəbil həbsxanasında saxlanılan milli fəal Yusuf Kari həbsxanaya nəzarət edən prokuror köməkçisinin ona qarşı pis davranışı, həbsxana rəsmilərinin siyasi məhbusların problemlərinə laqeyd yanaşması və onu bölməsindən ayırıb karantin bölməsinə köçürmələrinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Yanvarın 17-dən quru aclıq aksiyasına başlayan Yusuf Kari yanvarın 20-də gecə saatlarında karantin bölməsindən öz bölməsinə köçürülüb.

Milli fəal öz bölməsinə köçürüldükdən sonra aclıq aksiyasını dayandırıb və ona dəstək olmaq məqsədi ilə aclıq aksiyasına başlayan digər fəallar da aclıq aksiyalarını dayandırıblar.

Yanvarın 16-dan etibarən aclıq aksiyasında olan milli fəallara dəstək olmaq üçün İran Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz və Ərdəbil şəhərində yaşayan milli fəallar Təbriz ilə Ərdəbil divarlarında etiraz şüarları yazıblar.

Ərdəbil həbsxanasında saxlanılan siyasi fəal Abbas Lisani yanvarın 18-dən Yusuf Kariyə dəstək olmaq məqsədi ilə aclıq aksiyasına başlamış və yanvarın 20-dən quru aclıq aksiyasına keçmişdi.

Tehranın Evin Həbsxanasında saxlanılan milli fəal Siyamək Mirzayi və Ərdəbil Həbsxanasında saxlanılan iki milli fəal Əli Vasiqi ilə Rza Vasiqi yanvarın 20-dən aclıq aksiyasına başlamışdılar.

Həmçinin Evin Həbsxanasında saxlanılan digər 3 milli fəal, Behnam Şeyxi, Tohid Əmir Əmini və Kiyanuş Əslani də Yusuf Kariyə dəstək olmaq məqsədilə yanvarın 21-dən aclıq aksiyasına başlayacaqlarını bildirmişdilər.

İran həbsxanalarında saxlanılan bir çox məhbus haqlarını əldə etmək üçün son çarə olaraq aclıq aksiyası keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG