Accessibility links

İran İraqı ABŞ qüvvələrini tez bir zamanda ölkədən çıxarmasını tələb etməyə çağırıb


İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi İraqı ABŞ qüvvələrini tez bir zamanda ölkədən çıxarmasını tələb etməyə çağırıb. O, Vaşinqtonun İraq hökumətini devirmək planı hazırladığı barədə xəbrdarlıq edib.

Ayətulla bu çağırışı İraqın baş naziri Adel Əbdel Mahdinin Tehrana səfəri zamanı səsləndirib. ABŞ İraqı İranla məsafə saxlamağa səsləyir. Baş nazir səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani ilə də görüşüb.

Iran Iraq
Iran Iraq

Bağdad hazırda İraqın yaxın qonşuları ilə təmaslarının məhdudulaşdırılmasına dair ABŞ-ın təzyiqləri altındadır. Xüsusilə də ABŞ-ın İranla əldə edilən nüvə sazişindən çıxması və o ölkəyə əlavə sanksiyalar tətbiq etməsindən sonra.

İranın İraqla əlaqələri yaxın olsa da, şiə siyasi qrupların təsirinə görə olduqca mürəkkəbdir.

İran İraqın 2014-cü ildə İŞİD-in Mosul şəhərini işğal etməsindən sonra yardım müraciətinə cavab verən ilk ölkə olub.

İraqın sabiq diktatoru Səddam Hüseynin 1980-ci illərdə İrana qarşı səkkiz illik müharibəsi nəticəsində hər iki tərəf təxminən bir milyon itki verib.

T

XS
SM
MD
LG